BolgeXeber.Com » Xəbərlər » Füzuli RİH-nin fəaliyyət devizi:“Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” - Fotolar

Füzuli RİH-nin fəaliyyət devizi:“Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” - Fotolar

22-09-2015, 12:18
Oxunub: 3 546  Füzuli RİH-nin fəaliyyət devizi:“Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” - FotolarUlu öndər Heydər Əliyevin siyasəti Füzulidə uğurla həyata keçirilir

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözləri Füzuli rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının gündəlik iş prinsipinə, fəaliyyət devizinə çevrilmişdir. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, əhalinin daha yaxşı yaşaması üçün şərait yaradılır, ərazidə ictimai nəzarətin həyata keçirilməsi ilə hər bir müraciət və təklifə dərhal, çevik reaksiya verilməsi təmin edilir. Rayonda əhalinin problemlərinin həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəfaflığın təmin olunması məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərin insanların təklif və müraciətləri, onların istəklərinin üzərində qurulması ilə meydana çıxan bütün çatışmamazlıqlar yerindəcə həll edilir.
Prezident cənab İlham Əliyevin "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”, “Azərbaycan vətəndaşları daha yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradır və yaratmalıyıq” sözləri rayon rəhbərliyinin gördüyü müsbət işlərlə öz təsdiqini tapmaqdadır. Son illər ölkə başçısının göstərişi ilə cəbhə bölgəsində yaşayan əhalinin daha da yaxşı yaşamasına, onların xoşbəxt gələcəyinə hesablanan onlarla sosial infrastruktur obyektlərin inşa olunması, abadlıq-quruculuq işlərinin aparılması, qazanılan uğurlar, əldə edilən müsbət nailiyyətlərə məhz ictimai nəzarət mexanizminin tətbiqi ilə nail olunur, qorunur və gələcək nəsillərə ötürülür. Rayonda yas mərasimlərinin əhalinin tələb və istəyinə uyğun olaraq sadə, islami qaydalara uyğun təşkil edilməsi, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrə dərman preparatlarının ədalətli, şəffaf paylanılması, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların yazılmasında ədalət prinsipinin əsas götürülməsi, pensiya və müavinətlərin vaxtında və düzgün hesablanaraq sahiiblərinə çatdırılması, valideyn və müəllimlərin qarşılıqlı əməkdaşlığı çərçivəsində şagirdlərin qəbul imtahanlarında yüksək nəticələr göstərməsi məhz xalqla dövlət məmurunun bir yerdə olmasından, ictimai nəzarətin düzgün tətbiqindən qaynaqlanır. Həmçinin rayonda məcburi köçkünlərə dövlət tərəfindən verilən yemək xərci müavinətinin, ünvanlı sosial yardımların verilməsində, qazlaşdırılmayan kənd və qəsəbələrdə əhaliyə paylanan duru neft yanacağının ədalətli, şəfaf paylanması, şəhid ailələrinə, Qarabağ əlillərinə, imtiyazlı şəxslərə diqqət və qayğı göstərilməsi məhz insan amilinə, vətəndaşların daha yaxşı yaşamalarına xidmət edir.
Xeyriyəçilik, yaxşı əməl, humanizm, bərabərlik, ədalət, insana sevgini əsas prinsip kimi götürən Heydər Əliyev Fondunun, Fondun Prezidenti Mehriban xanım Əliyevanın Füzuli rayonuna, füzulililərə diqqət və qayğısı da xüsusi qeyd edilməlidir. Fondun cəbhə bölgəsində gördüyü işlər, həyata keçirdiyi layihələr məhz insan amilinə xidmət edir.
Rayonda idarəetmə sahəsində aparılan müsbət islahatlar, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması ilə cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yerləşən Füzuli rayonunda bütün məsələlərin həll olunmasına çalışılır.
İctimai nəzarətin mümkün ola bilməsi üçün cəmiyyətin dövlət orqanlarının fəaliyyəti barədə informasiya məhsullarına və xidmətlərinə olan tələbatının dolğun ödənilməsi, dövlət qurumlarına və vəzifəli şəxslərə hər zaman müraciət edə bilmək, şikayət və ya təkliflə çıxış etmək imkanına malik olması vacib məsələlərdən biridir. Bu məqsədlə Rayon İcra Hakimiyyətində və ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda yaradılan “qaynar xətt”lərə vətəndaşların ictimai nəzarət qaydasında qarşılaşdıqları problemlər, üzləşdikləri neqativ hallar barədə məlumat verməsi təmin edilmiş, rayonda sosial ədalətin bərqərar olunmasına nail olunmuşdur. Bu gün düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən füzulililər son illər rayon ərazisində aparılan tikinti-quruculuq, abadlıq işlərini Prezident cənab İlham Əliyevin diqqət və qayğısı hesab edirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini daha da yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.
Füzulililər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar.
Bolgexeber.com