BolgeXeber.Com » Xəbərlər » Nizami rayonuna yeni icra başçısı təyin edildi

Nizami rayonuna yeni icra başçısı təyin edildi

22-09-2015, 15:02
Oxunub: 3 318 Nizami rayonuna yeni icra başçısı təyin edildiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakının Nizami rayonuna yeni icra başçısı təyin edib

Prezidentin sərəncamı ilə Siyəzən rayonu icra hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov tutduğu vəzifədən azad edilib. İlham Əliyevin digər bir sərəncamı ilə Arif Qasımov Bakı şəhəri Nizami rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Arif Adil oğlu Qasımov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.
Bolgexeber.com