BolgeXeber.Com » Xəbərlər » Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayevin namizədliyi qeydə alınmadı
Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayevin namizədliyi qeydə alınmadı
23-09-2015, 09:23
Oxunub: 5 448
"21 sentyabr tarixində iclasını keçirən seçki komissiyası 550 ədəd imzanın 283 ədədinin "EYNİ ŞƏXS" tərəfindən icra edildiyini qeyd edərək 22 sentyabr tarixində namizədliyimizi qeydə almamaq barədə qərarını səlahiyyətli nümayəndəmə təqdim edib"
43 saylı Sumqayıt III seçki dairəsindən namizədliyini irəli sürən Kəramət Salayev sosial şəbəkədə bu barədə müraciət yazıbdır.Bolgexeber.com həmin müraciəti oxucularına təqdim edir.
Ölkənin media nümayəndələrinə MÜRACİƏT !
Bildiyiniz kimi 01 noyabr tarixində ölkəmizin həyatında mühüm siyasi hadisə- parlament seçkisi keçiriləcəkdir. Millətimiz növbəti beş illik ərzində fəaliyyət göstərən millət vəkillərini seçəcəkdir. Bu baxımdan Sumqayıt şəhərinin ictimai- siyasi fəalları ilə məsləhətləşdikdən sonra 43 saylı Seçki Dairəsindən Millət Vəkilliyinə namizədliyimi irəli sürmək qərarını verdim.
Əziz media nümayəndələri, dəyərli dostlar !
Sentyabrın 03 də 43 saylı DSK ya imza vərəqlərini götürmək üçün müraciət etdik. 07 sentybar tarixində seçki komissyası sənədlərimizi müzakirə edib 10 imza vərəqini səlahiyyətli nümayəndəmizə təqdim edibdir.. Halbuki imza vərəqləri ilə yanaşı DSK bildiriş də təqdim etməklə xəbərdarlıq etməli idi ki, namizədin bank hesabı açılsın. Təəssüf ki, DSK nın namizəd olaraq ilk qərəzli addımını prosesin ilk mərhələsində şahidi oldum.
13 sentybar tarixində digər namizədlərə 11 imza vərəqini verildiyini nəzərə alıb biz yenidən bir imza vərəqini almaq üçün 43 saylı DSK - ya müraciət etdik və müraciətimiz müsbət qarşılandı.
15 sentybar tarixində 11 imza vərəqini yəni 550 imzanı qanunauyğun olaraq uğurla toplayıb 43 saylı DSK ya təqdim etdik. Nəhayət 21 sentyabr tarixində iclasını keçirən seçki komissiyası 550 ədəd imzanın 283 ədədinin "EYNİ ŞƏXS" tərəfindən icra edildiyini qeyd edərək 22 sentyabr tarixində namizədliyimizi qeydə almamaq barədə qərarını səlahiyyətli nümayəndəmə təqdim edib.
Seçki Komissiyasının barəmdə qeydə almamaq barədə çıxardığı qərarı ədalətsiz hesab edir və konstitusiya ilə müəyyən edilmiş seçib- seçilmək hüququmun məhdudlaşdırılması üçün verilən anti- demokratik qərar hesab edrəm.
Bəyan edirəm ki, hüququmun bərpası uğrunda Seçki Məcəlləsi və Konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edib hüquqi müstəvidə mübarizə aparacağam.
Hörmətlə,
43 saylı Sümqayıt III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kəramət Salayev
22 sentyabr 2015
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər