BolgeXeber.Com » Xəbərlər » Saxta diplomlu icra başçısı necə hüquqşunas oldu - Süleyman Mikayılovun kerçəkləri

Saxta diplomlu icra başçısı necə hüquqşunas oldu - Süleyman Mikayılovun kerçəkləri

23-09-2015, 10:40
Oxunub: 2 117 Saxta diplomlu icra başçısı necə hüquqşunas oldu - Süleyman Mikayılovun kerçəkləriİdmançı icra başçısı universitetə getmədən hüquqşünasa çevrildi? - Faktların diliylə...

Qaradağ rayon icra hakimiyyətinin başçısının həyat yolu ilə bağlı azerinews.tv -yə daxil olan informasiyalar kifayət qədər ilgincdir. İcra başçısının 1984-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirməsi bir sıra müəmmalara yol açır. Belə ki, yayılan məlumatlara görə, Süleyman Mikayılov bir neçə dəfə Akademiyadan kənarlaşdırılıb. Onun dərslərə dəvamiyyətində və bir neçə dəfə dava etdiyinə görə ali məktəbdən qovulduğu bildirilir. Nəhayət 22 yaşında S.Mikayılov ali məktəbi bitirə bilib. Boksla məşğul olmasına baxmayaraq heç bir əmək fəaliyyəti olmayıb. Bundan sonra isə S.Mikayılov biznes fəaliyyəti ilə məşğul olub. Yalnız regional amillər baxımından o Yardımlı rayonunda icra başçısı təyin edilib. Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Laki onun bu arzusu hələ də gerçəkləşməyib. Bu mövzu ilə bağlı olaraq da araşdırmalarımız davam edir.

Kimlər ondan niyə üz döndərir?

Uzun illər Boks Federasiyasının vitse-prezidenti olan S.Mikayılov hər yerdə bu federasiyanın prezidenti olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sui-istifadə edib. Bu federasiyada bütün icra işlərini həyata keçirən icra başçısı ilə bağlı çox əhəmiyyətli problem ötən il ortaya çıxıb. Məlum olub ki, Boks üzrə Azərbaycan yığmasının tərkibinin formalaşmasında ciddi yanlışlıqlara yol verilib. S.Mikayılov daha təcrübəli, lakin heç bir himayədarı olmayan boksçuları yığmaya daxil etməyib. Bu məsələ Kəmaləddin Heydərova şikayət edən boksçulardan birinin müraciətinin araşdırılması zamanı agah olub. Bundan sonra isə icra başçısı ilə bağlı olaraq problem yaranıb. Bir neçə dəfə tanınmış dövlət məmurlarının adından istifadə edən icra başçısı hətta YAP funksioneri, millət vəkili Siyavuş Novruzovdan siyasi dəstək istəyib. Hətta onun Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən də dəstək istədiyi söylənilir. Məlumatlara əsasən hakimiyyətin yuxarı dairələrində ciddi nifuz problemi yaşayan Qaradağın icra başçısı hələ ki, Nərimanovun icra başçısı himayə etməyə çalışır. Lakin redaksiyamıza daxil olan kifayət qədər ilginc informasiyaya əsasən Səbayel rayon icra hakimiyyəti ilə ciddi problemləri olması üzündən S.Mikayılov ən qısa zamanda işi ilə vidalaşmaq zorunda qala bilər. S.Mikayılovun belə çətin durumu onun idarəetmə sistemindəki problemlərlə bağlıdır. İcra başçısının Qaradağdakı əməlləri haqda cumhuriyyet.az-a daxil olan ilginc məlumatları diqqətinizə çatdırırıq.

İcra başçısının Lökbatandakı obyektləri

Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

Kadr uğursuzluğu: Qobustanda 2 ilə 4 rəhbər

Qaradağ rayonunun digər böyük qəsəbəsi olan Qobustan qəsəbəsində iki ildə dörd dəfə qəsəbə icra hakimiyyəti nümayəndəsinin dəyişdirilməsi kadrların düzgün seçilib yerləşdirilməməsinin nəticəsidir. Onlardan biri, Lənkəranda S.Mikayılovun müavini işləmiş Nadir adlı şəxs Qobustan qəsəbəsinə icra hakimiyyətinin nümayəndəsi təyin olunandan qısa müddət sonra spirtli içkinin təsiri nəticəsində qəza törədib. Uzun müddət müalicədən sonra indi də onu təşkilat şöbəsinə müdir qoyub ki, tikinti-abadlıq işləri üzrə müavin vəzifəsinə təyin etsin. Hazırda Prezident Administrasiyasına onun təyinatı barədə təqdimat verilib. Rayonun əksər qəsəbələrinin icra nümayəndələri yerli kadr deyil, gəlmələri isə yalnız pul maraqlandırır. S.Mikayılov 2 il öncə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi” tikdirib. Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki bu da sakinlərin narazılığına səbəb olur.

Talanan büdcə vəsaitləri kilmlərin vasitəsilə birincinin cibinə gedir?

Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.

İcra başçısının pulyığanları və qoçuları

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Onu da bildirək ki, ümumiyyətlə, Süleyman Mikayılovun müxtəlif sahələr üzərə peşəkarlaşmış pulyığanları var. Məlumatlı mənbənin bildirdiyinə görə, əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır. Məhz onun əli ilə «Çakır» ləqəbli Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır.
Bir sözlə, Qaradağ rayonunda illərdir özünə fironsayağı xanədan qurmağa müvəffəq olan Süleyman Mikayılovun yeganə qazanc yeri heç də karxanalar deyil. Amma buna baxmayaraq, demək olar ki, nəzarətsiz buraxılmış daş karxanaları həm işçiləri üçün ölüm mənbəyi hesab olunur, həm də daş alıcıları üçün bir tələdir...
ARDI VAR