İbrahim Məmmədov AzTV-dən çıxarıldı - Rəsmi(YENİLƏNİB)
23-09-2015, 17:50
Oxunub: 4 174
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Məmmədovun işinə son verib
Aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov "Region TV"də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.
Faktı "Region TV"nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib.
***
Bolgexeber.com xəbər verir k, dövlət başçısı bu barədə sərəncam imzalayıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram.
İbrahim Məmməd oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin".
Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedoqoji Universitetdə təhsil alıb.
İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.
2006-cı ildən indiyədək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini və İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Ailəlidir 2 övladı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər