BolgeXeber.Com » Xəbərlər » Xətainin icra başçısı haqda sensasion məlumat

Xətainin icra başçısı haqda sensasion məlumat

24-09-2015, 16:34
Oxunub: 3 608 Xətainin icra başçısı haqda sensasion məlumatQara maskalıların Razim Məmmədova qarşı əməliyyat keçirdiyi deyilir

Hərəkətləri əndazəni aşan məmurlara qarşı zaman-zaman həyata keçirilən əməliyyatlardan biri də Xətaidə baş tutub.

Məlumatlı mənbələrdən redaksiyaya daxil olan məlumata görə, Xətainin icra başçısı Razim Məmmədov qara maskalılar tərəfindən cəzalandırılıb. Bu haqda redaksiyamıza bilgiləndirən mənbə cəzalandırlmanın konkret səbəbi haqda məlumat verməsə də, hadisənin baş verməsi ilə bağlı israr edir.

Mənbə dediklərinin təsdiqi kimi bir neçə gün əvvəl Xətai rayonunda prezidentin iştirakı ilə açılışı olan tədbirdə Razim Məmmədovun görünməməsini əsas gətirib. Qeyd edib ki, Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası əsaslı surətdə yenidən qurulması münasibəti ilə açılış törənində prezidenti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşayiət edib. Adətən belə açılışlarda rayonun icra başçısı da iştirak edir. Amma sentyabrın 12-də 264 saylı məktəb-liseyin açılışında Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini olub. Mənbə iddia edir ki, icra başçısına xəbərdarlıq olunub, onunla profilaktik söhbət aparılıb və özünü yığışdırması tələb olunub.

Xatırladaq ki, qara maskalıların məmurlarla bağlı keçirdiyi əməliyyatlar haqda mətbuatda bir neçə dəfə yazılıb. Məsələn, 2013-cü ildə Zərdabın icra başçısı Lütvəli Babayev, ondan əvvəl isə Hacıbala Abutalıbov "maska-şou” ilə üzləşiblər. 2007-ci ildə belə məlumat yayılmışdı ki, H.Abutalıbov dövlət səviyyəsində ona tapşırılan bir işi yerinə yetirmədiyinə görə, kabinetində qara maskalılar axtarış aparmışdı. Onun seyfindən bəzi mühüm sənədlər və digər bağlamalar müsadirə olunaraq götürülmüşdü.

Zərdabın icra başçısının da belə bir aqibət yaşamasına səbəb kimi Lütfəli Babayevin adının müxtəlif hadisələrdə hallanması, son olaraq isə qardaşı oğlunun avtoxuliqanlığına görə Mingəçevirin polis rəisi ilə qırğına çıxması göstərilirdi.

Qeyd olunurdu ki, L.Babayevin Zərdabda ondan şikayət edən qadını həbs etdirməsi, Mingəçevirdə işlədiyi dövrdə sahibkarın 65 min manatını mənimsəməsi kimi faktlar icra başçısının vəziyyətini ağırlaşdırıb, nəticədə kabinetinə qara maskalılar soxulub. Ona kabinetində əmr edilib ki, hərəkətlərində ölçü-biçili olsun, barəsində yayılan xəbərlərə son qoyulsun və əhalini incitməsin. Əks halda, vəzifəsindən kənarlaşdırılması və hətta həbs edilməsi gündəmə gələcək.

O cümlədən bir neçə iri ranqlı məmurun, bank işçilərinin, deputatların həbsi zamanı da dövlətin gücündən istifadə olunub. 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevə və səhiyyə naziri Əli İnsanova qarşı da oxşar əməliyyatlar baş tutmuşdu. (musavat.com)
- See more at: http://xalqxeber.az/aktual/24828-xetainin-icra-bashchisi-haqda-sensasion-melumat.html#sthash.EUiY5niJ.dpuf