Hövsanda 14 bina liftsiz qalıb - Şikayət
24-09-2015, 18:20
Oxunub: 1 616
İki gündür ki, Suraxanı rayonu Hövsan qəsəbəsində 14 binada lift işləmir
Bolgexeber.com xəbər verir ki, Hövsan qəsəbəsi bina 4 A-da yaşayan sakinlər məlumat veriblər. Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı liftlərdə “əyləc dolağı”nın oğurlandığını sakinlərə söyləyib: “Bizə deyirlər ki, liftin "əyləc dolağı" oğurlanıb. Onun da qiyməti 70 manat civarındadır. Sakinlər pul yığıb "əyləc dolağı"nı aldıqdan sonra binada liftlər işləyəcək".
Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı özü Arqument.az-a açıqlamasında 10-dan çox binada liftlərin "əyləc dolağı"nın oğurlandığını bildirib: "10-dan çox binada "lift dolağı" oğrlanıb. Bununla bağlı 104 saylı Mənzil Kommunal İstismar Sahəsinə və baş idarəyə məlumat vermişik. Ona görə də məcburuq ki, "əyləc dolağı" alınana qədər gözləyək".
104 saylı MKİS-in rəisi Həşimov Mircəfərlə əlaqə saxlamağa çalışsaq da, iş yerində olmadığını dedilər. Sakinlər isə liftlərdə "əyləc dolağı"nın sadə vətəndaşlar tərəfindən oğurlandığına inanmırlar. Onlar buna görə lift idarəsininin və MKİS işçilərindən şübhələnirlər: "Bunu ya dəmir oğruları oğurlayıb, ya da JEK işçiləri ilə lift işçiləri. Adi vətəndaşın nəyinə lazımdır o dəmirlər? İkincisi də, bunlar dövlət idarəsidirlər, hüquq-mühafizə orqanlarına rəsmi müraciət etsinlər, qoy polis tədbir görsün. Çünki burda günah JEK-indir. Qapıları təmir etmirlər, açıq qalır və nəticədə oğurluq baş veririr".
Xatırladaq ki, 2009-cu ildə ölkə başçısının sərəncamına əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Amma Hövsanda hələ də könhə liftlər fəaliyyət göstərir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm