BolgeXeber.Com » Xəbərlər » Ağadadaş Ağayev: “Evimdə qüsurlu övladım var, gizlətmək günahdır” – FOTO

Ağadadaş Ağayev: “Evimdə qüsurlu övladım var, gizlətmək günahdır” – FOTO

26-09-2015, 11:39
Oxunub: 6 034 Ağadadaş Ağayev: “Evimdə qüsurlu övladım var, gizlətmək günahdır” – FOTOXalq artisti Ağadadaş Ağayev qızı Leyladan danışıb

Bolgexeber.com gecce.az-a istinadən xəbər verir ki, “Günəbaxan” verlişində qonaq olan xalq artisti fiziki qüsurlu uşaqlardan söz düşəndə, mövzu barədə həssas olduğunu dilə gətirib:

“Mənim evimdə qüsurlu övladım var. Ən böyük diqqəti qızım Leylaya göstəririk. Qüsurlu insanlar Allahın seçilən bəndəsidir. Onlar mələkdirlər. Hər an onlara diqqət göstərməliyik. Evimizin baş hissəsində oturtmalıyıq. Sovet dövründə Almaniyaya getmişdim. Baxdım ki, küçələrdə əlil arabasında gəzənlər saysız-hesabsızdır. Düşünürdüm ki, bizdə bu qədər əlil yoxdur. Sən demə, bizdə bundan da çox idi. Amma onları evlərdə saxlayırdılar. Cəmiyyət arasına çıxarmırdılar. Mənə elə gəlir ki, onları gizlətmək, əlilliyindən utanmaq, Allahın yanında ən böyük günah hesab olunur. Onların yeri gizlində olmamalıdır”.

Ağadadaş müəllimin fikrindən aydın oldu ki, onun qüsurlu insanlara qarşı münasibəti tək sözdə deyil, eyni zamanda əməlindədir. Bəlli oldu ki, xalq artisti hər il ad gününü məhz uşaq evində qeyd edir. Bu, onu mənən rahatladır:

“Şüvəlanda qüsurlu uşaqların evi var. Hər il rəbhəri Mübariz müəllimə zəng vurub, ansamblımla gedirəm ora. 3 saat ərzində uşaqlara konsert verirəm, birlikdə əylənirik. Mənən rahat oluram. Onların gözündəki gülüş, bir həyat boyu bəsimdir. İnciməsin qohum-əqrabam. Axşam evdə onlarla keçirdiyim ad günü məclisi o gözəlliyi əvəz eləmir”.

Qeyd edək ki, Ağadadaş müəllimin kiçik qızı Leyla anadangəlmə fiziki qüsurludur. Xalq artisti Leylanı müalicə üçün dəfələrlə xarici ölkələrə aparıb.

Ağadadaş Ağayevin Leyladan başqa, 4 oğlu var.
Ağadadaş Ağayev: “Evimdə qüsurlu övladım var, gizlətmək günahdır” – FOTO