Ziya Məmmədovun qudası yenidən deputatlığa namizəd oldu
28-09-2015, 13:02
Oxunub: 4 261
Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən hazırki deputatı Əliağa Hüseynov 1 noyabrda Milli keçiriləcək parlament seçkilərində yenidən millət vəkilliyi uğrunda mübarizə aparacaq
Modern.az saytı xəbər verir ki, 59 saylı Salyan Dairə Seçki Komissiyası Əliağa Hüseynovu deputatlığa namizəd kimi qeydə alıb. Bitərəf namizəd olan Ə.Hüseynov bu dairədə YAP-ın siyahısı ilə seçkiyə qatılan İlqar Ağabəyovla mübarizə aparacaq.
Qeyd edək ki, Əliağa Hüseynov nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Son günlər nazirin “vurulduğunu” əsas gətirənlər onun vəzifəli qohumlarının, o cümlədən deputat Əliağa Hüseynovun yola salınacağını iddia edirlər.
Əliağa Hüseynov 1970-1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus idarəsində işləyib.
1972-ci ildə Bakıda Marksizm – Leninizm Universitetində siyasi təhsil alıb. Həmin ildən başlayaraq hərbi komissarlıq sistemində işləyib.
Ə.Hüseynov düz 32 il - 1978-2010-cu illərdə Azərbaycan Respublikasının hərbi komissarı olub.
2009-cu il 10 noyabr tarixində Prezidentin sərəncamı ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və 2009-cu il 11 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunub. 7 noyabr 2010-cu ildə Salyan seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Və avtomatik olaraq başçısı postundan gedib.
Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər