Ərəb şeyxinin Azərbaycanda iki evi var
28-09-2015, 16:01
Oxunub: 1 373
18 milyardlıq sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən Hamdan bin Məhəmməd bin Rəşid əl-Məktum yenidən Azərbaycana səfərə gəlib
Şahzadə və onunla birlikdə ölkəmizə gələn qonaqlar Hacıqabul rayonunun Qarasu kəndində məskən salıb.Qarasu kənd bələdiyyəsinin sədri Mirəyyub Babayev azvision.az-a açıqlamasında ərəb milyarderin ölkəmizə gəlməsi xəbərini təsdiqləyib.
Bildirib ki, Məhəmməd bin Rəşid əl-Məktum bir həftə bundan öncə Hacıqabul rayonunda olub: “Onlar keçən il də kəndimizə gəlmişdilər. Qonaqların səfərləri dövlət səviyyəsində təşkil olunub. Onlar özləri ilə quşlar gətiriblər. Həmin quşları uçurdular, ancaq ov etmirlər. Bundan əlavə şahzadə özü ilə vəhşi göyərçinlər də gətirib. Qeyd edim ki, xüsusi xidmət maşınları qonaqlara keşik çəkir”.Bələdiyyə sədrinin sözlərinə görə, ərəb şahzadənin kənd camaatı ilə yaxşı münasibəti var.
“Ərəb qonaqların kənd sakinləri ilə münasibəti yaxşıdır. Kəndin gəncləri pul müqabilində onların maşınlarını yuyur, yemək bişirirlər” - bunu isə Qarasu kənd icra nümayəndəsi Mehman Quliyev ərəb şahzadə ilə şəxsən görüşdüyünü deyib.
Onun sözlərinə görə, Hacıqabula istirahət etmək üçün gələn şahzadə gözlənilmədən bir gündən sonra ölkəsinə geri qayıdıb: “Mən ərəb qonaqlara baş çəkdim. Onlar yaradılan şəraitdən razıdırlar. Qonaqlar kənddə özləri üçün alaçıqlar qurublar. Onların kənddə iki böyük evləri var. Həmçinin qonaqlar üçün konteynerlər də qurulub. Onlar alaçıqlarda televizorlara baxırlar. Alaçıqlara telefon xətləri də çəkmişik. İnternetlə təchiz olunub. Qonaqlar həmçinin quş uçurub təlim məşqlərinə tamaşa edirlər”.
M.Quliyev qardaşı ölən şahzadənin əhvalının yaxşı olduğunu bildirib: “Qardaşı rəhmətə gedən şahzadə də kəndə gəlmişdi. Mən onun vəziyyətini soruşdum. Şahzadə tərcüməçisi Şöhrət müəllimə bildirdi ki, indi özünü normal hiss edir. O, qardaş itkisinin çox ağır olduğunu da söylədi. Qarasu kəndinin uşaqları ərəblərə kömək edirlər. Onların bəziləri quşa baxır, bəziləri isə təmizlik işləri ilə məşğul olurlar”.
Sakinlərin bildirdiyinə görə, şahzadə Hacıqabul rayonunda helikopterlə gəlibmiş: “Şahzadə bir gün qaldı, sonra nəsə oldusa, geri qayıtdı. O, kəndimizin uşaqlarına yaxınlaşıb onlarla söhbət edirdi. Hazırda o, Dubaydadır. Amma onunla gələn qonaqlar kəndimizdədir”.
Qeyd edək ki, 18 milyardlıq sərvəti olan Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda "Fairmont Baku, Flame Towers" otelinin ən lüks nömrəsində gecələyiblər.
Xatırladaq ki, şahzadənin böyük qardaşı Rəşid bin Məhəmməd əl-Maktum sentyabrın 19-da dünyasını dəyişib.
Bolgexeber.com




Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm