Goranboyda parta satan direktor işdən çıxarılır-FOTO
28-09-2015, 16:09
Oxunub: 6 355
Məktəb direktoru Təhsil Nazirliyinin göndərdiyi partaları şagirdlərə pulla satır
Bolgexeber.combildirir ki,illərdir bərbad vəziyyətdə olan məktəbin təmiri üçün vəsait ayrılsa da, heç bir nəticə yoxdur. Bu sözləri axar.az-a bir qrup valideyn Goranboy rayonundan yazıb. Onların sözlərinə görə, rayonun Z.Məsimov adına Ağamalıoğlu kənd orta məktəbi baxımsızdır.Valideynlər qeyd ediblər ki, direktor Zöhrə Əliyeva ayrılan vəsaiti məktəbin təmir-bərpa işlərinə deyil, öz şəxsi problemlərinə xərcləyir. Şikayətçilər məktəbdə dərs keçmək üçün heç bir şəraitin olmadığını bildirirlər: “Sinif otaqlarının qapısı, pəncərəsi yoxdur. Tavan və döşəmə bərbad vəziyyətdədir. Parta və stullar köhnə və sınıqdır. Qarşıdan qış gəlir. Bu şəraitdə dərs keçmək mümkün deyil. Qışda uşaqlar dərsdə palto ilə oturmalı olur. Nazirlik məktəbi yeni partalarla təmin edib. Ancaq direktor hər partanı şagirdlərə 3 manata satır. Pul verən şagirdlərə yeni partalar verilib”.
Valideynlər məktəbdə dərs deyən müəllimlərin savadsızlığından da şikayətçisidir.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən sorğusuna cavabda bildirilib ki, yaxın günlərdə məktəb təmir ediləcək:
“Goranboy Rayon Təhsil Şöbəsinin məktubunda bildirilir ki, rayonun Ağamalıoğlu kənd tam orta məktəbinin binasının əsaslı təmirə ciddi ehtiyacı var. Məktəbin əsaslı təmiri nəzərdə tutulub.
Məktəbin direktoru Zöhrə Əliyevanın 01.10.2015-ci il tarixdə 65 yaşı tamam olur. Onun fəaliyyətinə xitam verilməsi ilə bağlı Nazirliyə məktub göndəriləcək”.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər