BolgeXeber.Com » Xəbərlər » Müğənninin gözəllik salonundan nazirliyə - Şikayət

Müğənninin gözəllik salonundan nazirliyə - Şikayət

29-09-2015, 10:01
Oxunub: 3 891 Müğənninin gözəllik salonundan nazirliyə - ŞikayətMüğənni İradə İbrahimovaya və onun bacısına məxsus gözəllik salonu ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə şikayət edilib

Bolgexeber.com xəbər verir ki, bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rəşid Behbudov küçəsində yerləşən salona müraciət edən müştəri 1000 manat qarşılığında saçını rənglətdirmək istəyib:

“Təəssüf ki, son vaxtlar belə salonlarla bağlı şikayətlər artıb. “İN studio”ya müraciət edən müştəri Türkiyə vətəndaşı olan ustaya yönəldilib. Türk usta isə saç uzun olduğundan mərhələ ilə rənglənməni məsləhət görüb. Müştəri 3 ay ərzində hissə-hissə vəsait ödəyib. Beləliklə, 1000 manat ödəməklə saçını rənglətdirib. Lakin saçları yandırılıb, istədiyi rəng alınmayıb. İndi isə o, salon tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir”.

E.Hüseynov deyir ki, salonlarda ödənilən vəsaitin müqabilində müştərilərə çek verilmir. Buna görə də müştərilər pulu geri ala bilmirlər:

“Biz salonla əlaqə saxladıq. Lakin dedilər ki, türk ustanın həyat yoldaşı xəstədir deyə o, işə çıxmır. Artıq neçə vaxtdır telefonlarımıza da cavab vermirlər. Buna görə də nazirliyə müraciət edəcəyik. Bundan əlavə, Vergilər Nazirliyinə müraciət olunacaq”.

Təşkilat rəhbəri qeyd etdi ki, salonun müğənni İradə İbrahimovaya və onun bacısına məxsus olduğu söylənilir.
Salondan isə bu şikayətdən xəbərsiz olduqlarını söyləyiblər.