BolgeXeber.Com » Xəbərlər » GDU-da qanunsuzluqlar davam edir?(VİDEO)

GDU-da qanunsuzluqlar davam edir?(VİDEO)

29-09-2015, 18:55
Oxunub: 3 549 GDU-da qanunsuzluqlar davam edir?(VİDEO)Yazılı üsulla verilən imtahanların yoxlanılması fənn müəllimlərinə tapşırılsa da kompüter üsulu ilə verilmiş imtahanlarda bu proses biraz fərqlidir

Son zamanlar Gəncə Dövlət Universitetinin adı daim qalmaqallarda hallanır. BTV-yə də həmin universtitetlə bağlı bir sıra məlumatlar daxil olub. Məlumata görə, universitetdə müəllim olan Teymur İsmayılov özü olmasa da adı həmin universitetdə gedir və hər ay vaxtında maaş alır. Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Maqbet Əhmədovla əlaqə saxladıq. Onun sözlərinə görə bütün bunlar yalan və böhtandır. Hətta bu cür halların baş verməsi birinci dəfə deyil, bundan əvvəl də univerersitet haqqında yalan məlumatlar yayılıb. Digər bir məlumata görə isə imtahanlar müəllimlərdən xəbərsiz olaraq keçirilir. Maqbet Əhmədov bununla bağlı da açıqlama verib. Onun sözlərinə görə, universitetdə imtahanlar iki qaydada - yazılı və komputer üsulu ilə keçirilir. Yazılı üsulla verilən imtahanların yoxlanılması fənn müəllimlərinə tapşırılsa da kompüter üsulu ilə verilmiş imtahanlarda bu proses biraz fərqlidir. Yaxşı təhsil həm də parlaq gələcək deməkdir. Odur ki, çalışaq təhsilə daha böyük diqqət ayıraq. Çünki söhbət bizim gələcəyimizdən gedir.
Bolgexeber.com