BolgeXeber.Com » Xəbərlər » QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb - Biabırçılıq...
QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb - Biabırçılıq...
30-09-2015, 11:14
Oxunub: 3 872
Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır
Bu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı. Ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də çətinliklər davam edib. Həmvətənlərimiz ziyarəti başa vursalar da, təşkilati işlərin yarıtmazlığı ucbatından son bir neçə günü hava limanı və otellər arasında qalıb.
Bizə çatan məlumata görə, Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən oteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.
Bu barədə Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar.
Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar. Zəvvarlar səhər hava limanına getsələr də, burda bildiriblər ki, Azərbaycan tərəfi vaxtında uçuş üçün icazə almadıqları üçün reys təxirə salınıb. Səhər saat 5-ə təyin olunan reys artıq axşam 7 üçün nəzərdə tutulub, amma bu vaxtın özü də dəqiq deyil. Çünki ötən müddətdə 4-5 dəfə reysin saatı dəyişdirilib.
Zəvvarlar yazır ki, otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib. Təşkilatçılar isə bütün bunları gördükdən və zəvvarların etirazlarını gördükdə qaçıb yoxa çıxıblar. Əsas təşkilatçı rəhbər Şeyxülislamın qaynı Əjdər adlı adam olsa da, artıq o da zəvvarların narazılığını gördükdən sonra yoxa çıxıb, hətta zənglərə də cavab vermir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər