Bakıda qadın sevgilisi ilə birlikdə ərini doğrayaraq meşədə basdırdı
1-10-2015, 13:26
Oxunub: 3 903
Faktla bağlı cinayət işi başlanılıb.
Yasamal rayon Polis İdarəsinin əməkdaşları İsmayıllıdan olan həmkarları ilə birlikdə rayon sakini Kamran Mahmudovun itkin düşməsi barədə işi araşdıraraq, dəhşətli qətlin üstünü açıblar
Bolgexeber.com xəbər verir ki, bu barədə haqqin.az-a Yasamal RPİ-dən bildiriblər.
Məlumata görə, K.Mahmudov 2015-ci il sentyabrın 26-da itkin düşüb.
Araşdırma zamanı İsmayıllının Talışstan kəndi yaxınlığında meşədən mərhuma məxsus 10 KA 009 markalı BMW markalı avtomobil tapılıb.
Avtomobilin baqaj yerində K. Mahmudovun hissələrə bölünmüş meyidi olub.
Faktla bağlı şübhəli şəxs qismində qətlə yetirilən kişinin həyat yoldaşı, 1975-ci il təvəllüdlü Lalə Yaşar qızı Mahmudova saxlanılıb.
Bundan başqa, onun məşuqu, Bakı sakini Sədi Bəhram oğlu Məmmədov da tutulub. Hələlik məlumdur ki, sevgililər əlbir olaraq, səhər saat 4-də Mahmudovun cəsədini evdən çıxarıblar.
İlkin istintaq zamanı saxlanılan qadın bildirib ki, ərini onunla boşanmadığı üçün öldürüb.
Qeyd edək ki, K. Mahmudov iki uşaq atası olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər