Azərbaycanda "möcüzə": Bu kəndin sakinləri 4 sinifdən artıq oxuya bilmirlər..
1-10-2015, 17:41
Oxunub: 4 752
"Camaat Marsda həyat axtarır, biz kəndimizdə həyat əlaməti görmürük"
Təhsil millətin gələcəyə olan inamıdır. Yəni təhsili olmayan millət məhvə məhkumdur ki, bu gün total savadsızlığın, elmsizliyin hökm sürdüyü çillətlərin hansı aqibəti yaşadığını görməkdəyik.
Necə ki, fərd cahilliyi səbəbindən xoş günə tamarzıdır, eləcə də bilgisiz toplumlar da eyni qaydada firavan həyat anlayışından uzaqdadırlar.
Azərbaycan isə bu sarıdan problemli olmasa da, Azərbaycanın elə yerləri var ki, bu gün maariflənmə problemini hiss edirlər.
Dia.az-a müraciət edən Yevlax rayonun Bəydilli kəndinin sakinləri də kütləvi savadsızlıqdan giley edirlər.
Onlar yazır: "Hansı zəmanədə yaşayırıq, anlaya bilmirik. Camaat Marsda həyat axtarır, biz Bəydilli kəndində həyat əlaməti görmürük. Çünki kənddə kütləvi savadsızlıq baş alıb gedir".
Bunu dia.az-a müraciətlərində məktəbsizlik problemi ilə izah edən Bəydilli sakinləri bildirir ki, kəndlərində 4 siniflik orta məktəb var: "Yəni uşaqlarımız 4-cü sinifə qədər oxumaq imkanına malikdir. Kimin imkanı varsa, övladını ya qonşu kəndə, ya da Mingəçevirə oxumağa yollayır ki, övladı tam orta təhsil ala bilsin. Əksəriyyətin isə imkanı yoxdur. Ona görə də bizim kənddə tam orta təhsili olanlara alim kimi baxırlar".
Bununla bağlı yerli icra orqanlarına, həm də təhsil nazirliyinə müraciət etdiklərini deyən kənd sakinləri problemlərinin həlli üçün dövlət rəhbərliyindən kömək umurlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər