BolgeXeber.Com » Xəbərlər » Azərbaycan "Tribuna"sında 6 il

Azərbaycan "Tribuna"sında 6 il

3-10-2015, 12:04
Oxunub: 3 154 Azərbaycan "Tribuna"sında 6 ilBu gün Tribuna İnformasiya Agentliyinin 6 yaşı tamam olur

Azərbaycan informasiya məkanında özünəməxsus yer tutan bu xəbər mərkəzi tənqidçi elektron medianın inkişafında xüsusi rola malikdir.

2009-cu ildən fəaliyyətə başlayan agentlik yeni-yeni təsis olunan elektron Kütləvi İnformasiya Vasitələrindən biri hesab edilir. Hazırda ölkənin elektron mediasında xəbər portalları, saytlar, agentliklər günbəgün artmaqdadır.
Tribuna İnformasiya Agentliyi isə bu gün sayı çoxalmaqda olan elektron KİV-in ilk nümunələrindən biridir.
Dünyada və ölkədə baş verən ən son hadisələri, yenilikləri operativ şəkildə təqdim edən TİA.AZ 6 yaş ərəfəsində media fəaliyyətini daha da genişləndirməyi qarşısına hədəf qoyub.
Agentlik onlayn rejimi ilə gün ərzində baş verən olayları səhər saat 9-dan gecə 12-yə qədər yeniləyir. Oxucunun informasiya təminatında qarşıdakı dövrdə TİA.AZ ən yeni planlarla çıxış edəcək.
Saytın xəbər siyasətində və operativliyində, o cümlədən dizaynda mühüm dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər oxucunun informasiya təminatını daha da təkmilləşdirməyə hesablanıb.
Onu da demək yerinə düşər ki, TİA.AZ hər zaman oxucuların, vətəndaşların şikayətlərini işıqlandırır, ayrı-ayrı məmurların qanunsuz fəaliyyətini ictimailəşdirir.
Hər zaman oxucusunun yanında olan, qərəzsiz və tərəfsiz xəbər siyasətini yürüdən TİA.AZ 6 yaşından sonra da bu istiqamətdə fəaliyyətini genişləndirəcək.
Agentliyin rəhbəri, baş redaktor Əlişir Əhədin fikrincə, TİA.AZ geridə qalan dövr ərzində informasiya siyasətində obyektivliyini qoruyub saxlayıb. Onun sözlərinə görə, sayt bütün tərəflərin mövqelərini işıqlandırır, qərəzsiz məlumatları və vətəndaşların konkret şikayətlərini dərc edir:
“Bu media xətti dəyişməyəcək . Çalışırıq ki, oxucular, ictimaiyyət, dövlət orqanlarında çalışanlar ən dolğun məlumatları bizdən alsınlar. Vətəndaşların problemlərini ictimailəşdirmək bizim, həlli isə aidiyyatı qurumların üzərinə düşür. Bu baxımdan TİA.AZ hər bir kəsin üzünə açıqdır. Biz oxucunu küsdürməməliyik, əksinə, daha böyük oxucu auditoriyasina malik olmaq üçün səylərimizi artırırıq”.
Ə.Əhədin sözlərinə görə, illər tez gəlib keçir: “ 6 il bundan öncə - 2009-cu ilin bugünkü günündə Tribuna İnformasiya Agentliyi fəaliyyətə başladı. Demək olar ki, indiki saytların 90 faizi həmin dövrdən sonra yarandı. Azərbaycanda yaranan ilk 10 saytdan biridir TİA.AZ. Mən bu işdə əməyi olan hər kəsi təbrik edirəm, uğurlar arzulayıram. Həmçinin Tribuna sevənləri, bizi sevənləri, yanımızda olan dostları...”
Azərbaycan "Tribuna"sında 6 il