Sevgilisi ilə ərini öldürən qadın - Dəhşətli cinayətin təfərrüatı
3-10-2015, 12:29
Oxunub: 4 628
Həyat yoldaşı L. Mahmudovanın xəyanətindən şübhələnən K.Mahmudov onların izinə düşüb
Bakı şəhər Prokorluğundan yaydığı rəsmi məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilib. Müəyyən edilib ki, həmin tarixdə saat 03.00 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub qadının əri Kamranı öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəliblər.
Sədi Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürüb. Daha sonra Lalə ilə birlikdə meyiti bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.
Cinayətin adı çəkilən şəxslər tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azvision.az dəhşətli cinayətin baş verməsinin əsl səbəbini dəqiqləşdirib. Qətldə cinayətkar qismində tutulan Sədi Məmmədovun yaxınlarının bildirdiyinə görə, hadisə xəyanət üstündə baş verib. Belə ki, öldürülən Kamran Mahmudovun həyat yoldaşı Lalə Mahmudova ilə Sədi Məmmədov uzun illər sevgili olublar.
Hər ikisi evil olsa da, onlar münasibətlərini hadisə baş verən günə kimi gizli saxlaya biliblər. S.Məmmədov Bakıda tanınan iş adamlarındandır. O peşəcə zərgərdir. Maddi cəhətdən yaxşı imkanlara sahib olan S.Məmmədovun qətli törətməsinin səbəbi onların əməllərinin Kamran Mahmudov tərəfindən ifşa edilməsi olub.
Həyat yoldaşı L. Mahmudovanın xəyanətindən şübhələnən K.Mahmudov onların izinə düşüb. Gizli aşiqlərin ifşası hadisə baş verən günə təsadüf edib.
Ailələri, tanışları arasında biabır olacaqlarından ehtiyatlanan cütlük K.Mahmudovu qətlə yetirməklə izi itirmək qərarına gəliblər.
Hadisədən sonra birlikdə ölkədən qaçmağı planlaşdıran sevgililərin arzusu polisin müdaxiləsindən sonra ürəklərində qalıb. Yaxınlarının bildirdiyinə görə, S.Məmmədov əməlini etiraf edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər