“Hilton Baku”dan Azərbaycan dilinə hörmətsizlik - FOTO
3-10-2015, 16:31
Oxunub: 4 932
Dünən tədbirdə iştirak etmək üçün “Hilton Baku” otelinə gedən əməkdaş xoşagəlməz hadisə ilə üzləşib
Jurnalistimiz otelin biznes mərkəzində olan kompüterlərdən istifadə etmək istəyən zaman onların yaddaşında Azərbaycan dili şriftinin olmadığını görüb. Kompüterlərdə dünyanın 13 dili ilə yazı yazmaq imkanları olsa da, təəssüflər olsun ki, Azərbaycan dilində yazmaq üçün şərait yaradılmayıb. Hafta.az-ın müxbiri məsələ ilə bağlı otel işçisinə iradını bildirib. O isə cavabında qeyd edib ki, xarici qonaqları çox olduğuna görə, əcnəbi dillərə daha çox üstünlük verilib.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Zahid Orucun sözlərinə görə, qəbul olunmuş Azərbaycan dili haqqında qanunun nizamnaməsi bütün dövlət və özəl strukturları üçün keçərlidir:
“Azərbaycan dili haqqında qanun var, bu normalar hər bir qurum üçün keçərlidir. Hansısa bir şirkətdə ümumi istifadə üçün nəzərdə tutulmuş kompüter mərkəzində Azərbaycan dilində yazı yazmaq mümkün deyilsə, bu, qəbulolunmazdır. Belə hallar yaranan zaman mediada ictimai qınağın olması vacibdir. Cəmiyyətin məzəmmətləri öz təsirini göstərə bilər. Qeyd etdiyiniz otelin xidmətlərindən azərbaycanlılar da çox istifadə edir. “Hilton Baku”nun dilimizə bu cür münasibəti başa düşülən deyil. Məgər otelin xidmət personalı təkcə xaricilərdən ibarətdir? Yaxud da otelə yalnız xarici qonaqlar gəlir? Bu yanlış haldır, əminəm ki, medianın buna qarşı olan qınağı və bizim mövqeyimizdən sonra belə hallar bir daha təkrarlanmayacaq”.
Hafta.az məsələ ilə bağlı “Hilton Baku” ilə əlaqə saxladı. Otelin nümayəndəsinin bildirdiyinə görə, baş vermiş hadisə ilə bağlı əməkdaşımızın iradı nəzərə alınaraq məsələ araşdırılacaq və rəhbərliyə məruzə olunacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər