BolgeXeber.Com » Xəbərlər » Anar Məmmədov Qolf meydançasının açılışına niyə dəvət olunmadı?... FOTOLAR

Anar Məmmədov Qolf meydançasının açılışına niyə dəvət olunmadı?... FOTOLAR

5-10-2015, 11:02
Oxunub: 3 659 Anar Məmmədov Qolf meydançasının açılışına niyə dəvət olunmadı?... FOTOLARAnar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var

Dünən prezident İlham Əliyev “Azersun Holding” şirkətinin Bakının Binə qəsəbəsi yaxınlığında yüzlərlə hektar ərazidə həyata keçirdiyi “Dream İsland” (“Xəyal adası”) elit yaşayış kompleksi layihəsinin bir hissəsəsini təşkil edən “Xəyal adası” Qolf klubunun (“Dreamland Golf Club”) açılışını edib.

Virtualaz.org saytı prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, bu dəbdəbəli “adada” yerləşən Qolf klubu 5 min kvadratmetr ərazidə yerləşir.

Qolf klubunun açılış mərasimində iştirak etmək üçün “Dreamland Golf Club”un dəvəti ilə məşhur britaniyalı qolfçu, bu idman növü üzrə dünya rekordunu dəfələrlə yeniləmiş, Avropanın qolf lideri olaraq tanınan Kolin Montqomeri də Bakıya gəlib. Habelə açılış mərasimində bir sıra xarici qolfçular iştirak ediblər.

Qolf klubunun binasında prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Daha sonra İlham Əliyev Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsdiblər.

Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Qolf Akademiyası gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, qolf idman növü 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarının siyahısına salınıb. Son illər bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Prezidentin iştirakı ilə açılan Qolf klubu bu istiqamətdə daha bir addım hesab olunmalıdır.

Lakin bugünkü açılışdan maraqlı nüans ortaya çıxıb. Azərbaycanın Qolf Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov bu açılış mərasimində görünməyib.

Anar Məmmədov zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşidir. O, bu idman növü ilə məşğul olur və belə demək mümkündürsə, Azərbaycanda da qolfun idman növü kimi təbliğatında xüsusi fəallıq göstərənlərdən biridir. 2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib.

Çox keçmədən Məmmədovlar klanının Qubadakı “Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradılıb. 2014-cü ildə isə Qubada, həmin klubda Azərbaycanın Qolf Federasiyası və “European Challenge Tour”un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk “Azerbaijan Open Challenge” turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Anar Məmmədov deyib ki, o, qolfun Azərbaycanda “ən uğurlu idman növlərindən biri olacağına” inanır.

Lakin belə görünür ki, Azərbaycan qolfunun gələcək inkişafında Anar Məmmədovun yeri görünmür. Çünki Ziya Məmmədovun və klanının sıradan çıxarılması prosesi gedir. Nəqliyyat nazirinin bir-birinin ardında əsas səlahiyyətləri əlindən alınıb, habelə məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir.

Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var.

Bugünkü tədbirdə Azərbaycanın Qolf Federasiyasının prezidentinin - Anar Məmmədovun iştirak etməməsi növbəti dəfə təsdiq edir ki, nəqliyyat nazirinin “vurulması” prosesi geriyədönməz xarakter alıb.

Əks halda necə ola bilərdi ki, Bakıda qolf klubunun açılışı olsun, ancaq bu idman növü üzrə federasiyanın prezidentini tədbirdə görən olmasın?
Bolgexeber.com