BolgeXeber.Com » Xəbərlər » Abşeronda icra başçısı ilə idarə müdiri üz-üzə - SU QİYAMI

Abşeronda icra başçısı ilə idarə müdiri üz-üzə - SU QİYAMI

5-10-2015, 12:36
Oxunub: 3 463 Abşeronda icra başçısı ilə idarə müdiri üz-üzə - SU QİYAMIBir digər qazanc yeri isə Xırdalan şəhərində inşa edilən binalara texniki şərtin verilməsidir

Sakinlər JAM.AZ-a yazırlar ki, Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovu yalnız pul maraqlandırır və bunu qazanmaq üçün də yetərli qədər imkana sahibdir. Onların sözlərinə görə, Abbasov əsasən əhaliyə kiçik su nasosları satmaqla məşğuldur. Çünki evlərə verilən suyun istifadə edilməsi üçün təzyiqə ehtiyac var. Və bu səbəbdən də hidrofor və ya kiçik nasosların imkanlarından yararlanmaq məcburiyyətindədirlər.

Bir digər qazanc yeri isə Xırdalan şəhərində inşa edilən binalara texniki şərtin verilməsidir. Redaksiyaya məlumat verən sakinlərin dediyinə görə, Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasov hər binaya texniki şərt vermək üçün şirkətlərdən 50 min manat alır.

Camaat deyir ki, onlar bir neçə dəfə etiraza qalxıö Abşeron Su Kanal İdarəsinə gediblər. Hətta İcra Hakimiyyətinin önünə yığışaraq, su və kanalizasiya problemlərinin həllini tələb ediblər. Yeni icra başçısı İradə Gülməmmədova məsələyə reaksiya versə də, Qorxmaz Abbasovu yerində tapa bilməyiblər. «Bir neçə dəfə Su Kanal İdarəsinə gedərək, orada Qorxmaz Abbasovla görüşmək istədik. Amma katibəsi hər dəfəsində bildirdi ki, Qorxmaz müəllim yatıb və bu səbəbdən də bizi qəbul edə bilməyəcək».

Verilən məlumata görə, Qorxmaz Abbasov nəinki İradə Gülməmmədovanı, hətta keçmiş icra başçısı Zakir Fərəcovu da saymayan məmurlardan biri olub. Qeyd edilir ki, Su Kanal İdarəsinin müdirinin bu qədər arxayın hərəkət etməsinə səbəb isə arxasının bağlı olması və böyük maddi resurslara sahiblənə bilməsidir. İddia olunur ki, Qorxmaz Abbasov hətta Azərsu ASC-nin prezidenti Qorxmaz Hüseynovdan da çəkinmir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com