Mikayıl Cabbarov Zərdab Təhsil Şöbəsini yenidən yoxlatdıracaq
7-10-2015, 16:27
Oxunub: 6 283
Təhsil naziri Mikayıl Cabbarov Zərdab Rayon Təhsil Şöbəsinə yenidən yoxlama göndərəcək
Bu barədə aznews.az-a açıqlamasında 1 saylı məktəb-liseyin riyaziyyat müəllimi Yaşar İskəndərli məlumat verib
Onun sözlərinə görə, nazir bu barədə oktyabrın 2-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edərkən deyib. Belə ki, nazirin bu qərarı verməsinə səbəb Y.İskəndərlinin Təhsil Şöbəsindən şikayət etməsi olub: “1 saylı məktəb-liseyin riyaziyyat müəllimi işləyirdim. 65 yaşım tamam olduğu üçün məni işdən azad etdilər. Mənimlə müqavilə bağlamaqdan imtina edildiyi üçün şikayət etdim. Rayonda 65 yaşdan yuxarı olan ən azı 10 nəfər riyaziyyat müəllimi var. Lakin onlarla müqavilə bağlanılıb, amma mənə çatanda “yox” deyiblər. Mən də bunu görüşdə təhsil naziri Mikayıl Cabbarovun diqqətinə çatdırdım”.
Y.İskəndərli vurğulayıb ki, təhsil naziri elə görüşdə ikən Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayevdən bu faktların nə dərəcədə doğru olub-olmamağı ilə bağlı maraqlanıb: “Cənab nazir Baba Babayevdən dediklərimin nə dərəcədə doğru olub-olmadığını soruşduş B.Babayev sözlərimi təsdiqlədi. Hətta nazir qəzəblənərək “Deməli biz rayonu yoxlayıb gələn kimi onlar yenə öz bildiklərinə davam edirlər” dedi və Zərdab Rayon Təhsil Şöbəsinə yenidən yoxlama göndərəcəklərini bildirdi”.
Xatırladaq ki, aprel ayında Təhsil Nazirliyi tərəfindən Zərdab Rayon Təhsil Şöbəsində yoxlama aparılıb. Həmin yoxlamanın nəticələrinə görə, Zərdab rayonunda 3 orta məktəb direktoru və bir inspektor tutduğu vəzifədən kənarlaşdırılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər