BolgeXeber.Com » Xəbərlər » “Adil Vəliyev adambaşına 100 manat verərək dedi ki...” - FOTOLAR

“Adil Vəliyev adambaşına 100 manat verərək dedi ki...” - FOTOLAR

8-10-2015, 10:32
Oxunub: 4 403 “Adil Vəliyev adambaşına 100 manat verərək dedi ki...” - FOTOLAR"Təsəvvür edin ki, bizə bu cür vədlər verən bir adam sonradan bizi qəbul etməyi belə lazım bilmədi və hər vəchlə bizimlə təmasdan boyun qaçırdı"

“Sabunçu” komandasının baş məşqçisi Emil Cəfərov Moderator.az - a müraciət edərək Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev haqqında bəzi fikirlərini bildirib və üzləşdikləri problemin həllində yardımçı olmağımızı xahiş edib. Biz də məsələni ictimailəşdirərək aidiyyatı qurumların və ya şəxslərin diqqətinə çatdırmaqla bacardığımız dəstəyi verməyi qərara aldıq:

“Sabunçu futbol komandası məhz icra başçısı Adil Vəliyevin təşəbbüsü ilə yaradılıb. Başçı özü belə bir təklif etmişdi ki, rayonun adından çıxış edin və mən də lazımi maliyyə dəstəyini göstərəcəm. Biz də komandanı yaradaraq 2014-cü ilin əvvəlindən yarışlara başladıq. Biz Anatoli Banışevski adına keçirilən çempionatda çıxış etdik. Həmin yarışda birinci yeri tutduq və icra başçısı Adil Vəliyev bizi çağıraraq AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdə onun dəvət etdiyi restorana toplaşdıq. Orada bütöv komanda - 25 nəfər idik, Adil müəllim bizə adambaşına 100 manat verərək söz də verdi ki, çempion olsanız, sizin bütün problemlərinizi həll edəcəm. Bildirdi ki, rayon ərazisində 7 hektar torpaq ayırmışam, orada stadion tikərək sizin ixtiyarınıza verəcəm, siz də peşəkar liqaya vəsiqə qazanacaqsınız. Biz də həvəslənərək var gücümüzlə çalışdıq. Beləliklə oyunlar zamanı lazım olan vəsaiti gedib asanlıqla ondan götürürdük. Amma Beyləqan oyununa gedərkən bizə hər səfər matçı üçün verilməli olan 300 manatı ala bilmədik. Biz də öz hesabımıza Beyləqana getdik. Növbəti oyunda da pul verilmədi. Bizə bildirdilər ki, özünüz bir yerdən pul tapın yarışlara qatılın, Birinci Avropa Oyunlarından sonra bütün pullarınız ödəniləcək. Beləliklə, oyunlardan sonra da bizə pul verilmədi və nəticədə 3 min manatdan artıq borcumuz yarandı. Təsəvvür edin ki, bizə bu cür vədlər verən bir adam sonradan bizi qəbul etməyi belə lazım bilmədi və hər vəchlə bizimlə təmasdan boyun qaçırdı. İndi də Bakı çempionatı 15 oktyabrdan başlayacaq, ancaq pulsuzluqdan biz bu yarışlara qatıla bilməyəcəyik. AFFA – ya müraciətimiz də nəticə vermədi və belə bir cavab verildi ki, komandanın öz sahibi və sponsoru olmalıdır və bütün bu məsələləri o həll etməlidir. Konkret ad çəkilməsə də deyildi ki, Adil Vəliyev bütün bu işləri öhdəsinə götürüb həll etməlidir. Onu da deyim ki, bizim bazamız yoxdur və biz oyunları icarə əsasında istifadə etdiyimiz Zirə Olimpiya İdman Kompleksində keçirirdik. İcarə haqqı min manata yaxın idi və həmin pulu da Adil müəllim ödəyirdi. Amma sonradan hər şey alt-üst oldu”.
Bolgexeber.com