BolgeXeber.Com » Xəbərlər » Rüstəm Xəlilovun “cəza dəstələri” də varmış-SABİRABADDA BİABIRÇILIQ

Rüstəm Xəlilovun “cəza dəstələri” də varmış-SABİRABADDA BİABIRÇILIQ

8-10-2015, 12:55
Oxunub: 2 879 Rüstəm Xəlilovun “cəza dəstələri” də varmış-SABİRABADDA BİABIRÇILIQDSK sədri Şükür İmanov, qudası olan icra nümayəndəsi Rahib Hüseynov, Qaratəpə məktəbinin direktoru Məleykə və xadimə Şəhla Heydərqızı deputata rəqib olmaq istəyənlərə qarşı özbaşınalıqla məşğul olublar

64 saylı Sabirabafd İkinci Seçki Dairəsindən yenidən deputat seçilmək istəyən Rüstəm Xəlilovun bu ərazidə “cəza dəstələri” fəlaiyyət göstərir. İşin ən ilginc tərəfi odur ki, bu “dəstəyə” birbaşa həmi dairənin seçki komissiyasının sədri Şükür İmanov başçılıq edir.

JAM.AZ xəbər verir ki, bu dəstəyə tabe olanlar əsasən Rüstəm Xəlilova alternativ olan və ola biləcək şəxslərə bütün maneçiliyi törədiblər. Onlar namizədliyin irəli sürülməsi, imzaların toplanılması dönəmində bütün qanunları ayaqlar altına ataraq, inanlımaz hərəkətlərə yol veriblər.

JAM.AZ-a danışan deputatlığa namizədliyini irəli sürmüş Rəşad Rüstəmov bildirir ki, o, 64 saylı DSK-ya müraciət edərək, Şükür İmanova sənədlərini təqdim edib. Məqsədi seçkilərə qatılıb, müabrizə aparmaq olub. Və sentyabrın 21-də sənədlərini təqdim edib. “Qanuna əsasən 5 gün ərzində müraciətimə baxılaraq cavab verilməli idi. Amma Şükür İmanov min bir bəhanə ilə namizədliyimin irəli sürülməsinin qəbul edildiyin 28 sentyabrda təsdiqlədi və imza vərəqələrini verməməyə başladı. Gah Bakıda olduğunu, gah da işə gələ bilmədiyini bəhanə edib imza vərəqələrinn verməkdən boyun qaçırırdı. Və nəhayət, imza vərələrini oktyabrın 1-də mənə verdilər. Bildirdilər ki, bir gün sonra saat 18:00-a qədər imzaların hamısını təhvil verim”.

Deputatın adamlarının qanunsuzluğu, özbaşınalığı bununla bitməyib. 22 saat ərzində Rəşad Rüstəmov və ona könüllü olaraq yardımçı olan 3 gənc imzaları toplamağa başlayıb. Amma Xəlilovun adamları bundan da bərk narahat olaraq, təxribatlara əl atıblar. Rəşad Rüstəmov nəql edir: “Rüstəm Xəlilov “demokratik seçki” görüntüsü yaratmaq üçün bir neçə nəfəri də namizəd edib. Bu əldəqayırma namizədlər də dillərini udaraq, danışmırlar. Mən və dostlarım tez bir zamanda 450 imzanı toplamağa başladıq. DSK sədri Şükür İmanovun qudası, Qaratəpə kənd icra nümayəndəsi Rahib Hüseynov və başının dəstəsi, həmin kəndin məktəb direktoru, Təhsil Şöbəsinin qərarı ilə bir dəfə işdən qovulmuş, amma sonradan müəmmalı şəkildə bu posta gətirilmiş Məleykə adlı qadın imza toplamağımıza mane olmağa başladılar”.

Bu adamların əsas işi namizəd olmaq istəyənləri qarabaqarasına izləmək, onlara imza verən şəxsləri təhdid etməkdən ibarət olub. Bundan başqa, Rüstəm Xəlilovun “cəza dəstəsi” namizəd olmaq istəyənlərin qarşısını kəsərək, onları kəndlərdən çıxarmağa da çalışıblar. “Bu adamlar 20-30 km yolu yorlmadan arxamızca düşüb gəldilər. Rahib Hüseynov o qədər azğınlaşmışdı ki, hətta bizə imza verənləri ağır şəkildə təhdid edir, onları həbs etdirəcəyi ilə qorxudurdu. Üzləşdiyim problemlərdən dolayı 102, 1002, 161, 115 xidmətlərinə zəng vursam da, “tədbir görüləcək”dən başqa bir şey görmədim”.

Amma məsələ bununla da bitməyib. Və Xəlilovun “cəza dəstəsi” daha eybəcər bir vasitəyə əl atıb. JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Rahib Hüseynovun xadiməsi Şəhla Heydərqızının işi əsasən “imza vərəqinə imza atmaq istəyirəm” adı ilə imza vərəqlərini cırmaqdır. Elə Rəşad Rüstəmovun da başına belə bir oyun açılıb və həmin Şəhla Heydərqızı onun imza vərəqini əlindən alaraq cırıb. “Nəhayət, mən 450 imzanı yığa bilmədim. Cəmi 400 imza toplayıb DSK-ya gəldim. Bu vəziyyətimi görüb oradakılar bayram edirdilər. Məsələ ilə bağlı kimə müraciət edəcəyimi bilmirəm. Rüstəm Xəlilovun bu qədər eybəcər vasitələrə əl atacağı, qanunsuzluqlar edəcəyini gözləmirdim. Deputat olmaq ehtirası bu adamı bütün çirkin vasitələrə əl atmağa vadar edib”.
Bolgexeber.com