MTRŞ ANS-i məhkəməyə verdi: 160 min manat tələb edilir
8-10-2015, 16:39
Oxunub: 4 165
ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib.
“Report”un əldə etdiyi məlumata görə, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-nin hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.
“Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci ilin iyul ayında təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər. Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi”, – MTRŞ-dən “Report”a bildirilib.
MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər