BolgeXeber.Com » Xəbərlər » "Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR

"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR

9-10-2015, 12:11
Oxunub: 840 "Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLARGörəsən, Pənah Əliyev dövlətdən aldığı maaşla 9- cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən restoranı, klinikanı və qızına aldığı bahalı evi hansı yolla əldə edib?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, əslində fəaliyyətsizliyi ilə bağlı dərc etdiyimiz sonuncu yazıda xüsusi olaraq qeyd eləmişik ki, komitənin sədri Əli Həsənov qohum-əqrəbasını başına toplayaraq qurumu az qala dədə-babasının malı kimi “özəlləşdirib”. Əli Həsənovun yaxın qohumları komitə sədrinin müavini Gəray Fərhadov, Komitənin departamnent direktoru Elman İsmayılov, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev və digərləri qaçqınların hesabına milyonlara sahib olub.

Qafqaznews.az olaraq bugünkü yazıda Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən hələki qısaca bəhs edəcəyik. Məlumat üçün bildirək ki, apardığımız araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə eləmişik.

Görəsən, Pənah Əliyev dövlətdən aldığı maaşla 9- cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən restoranı, klinikanı və qızına aldığı bahalı evi hansı yolla əldə edib?
Adi departament direktorunun Mir Cəlal küçəsindəki bir neçə mənzilində illərdir ki, heç kim yaşamır. Pənah Əliyevin oğlunun Kazımovski küçəsindəki evinin dəyəri özü ciddi sualdır. Biz hələ şefin oğlunun işə və tez-tez Şəkiyə ova getdiyi 900, 606 və 178 nömrəli avtomobillərinin foto-sessiyasını təqdim etmirik. Şefin qızının 010, 009 nömrələrdə olan bir neçə bahalı avtomobillərinin
fotoları da cəmiyyəti şoka sala bilər. Şefin özünün isə 20 min manata aldığı heyvanı ayda 2 min manata harda saxladığı ilə də bağlı dəqiq xəbərimiz var. Pənah Əliyev 2- ci planda olan qohumlarını da ordudan yayındırır. Şef kürəkəninə nələr hədiyyə edib..? Vorovskidə yerləşən bahalı villaları Pənah Əliyev hansı pulla alıb..? Bütün bunlarla bağlı növbəti yazıda tanış ola bilərsiniz..

Qafqaznews.az
"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR
"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR
"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR
"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri-FOTOLAR