İqbal Məmmədova görə prezidentə MÜRACİƏT
9-10-2015, 13:49
Oxunub: 4 389
Lerik rayonunda 78 saylı Lerik-Masallı seçki dairəsində vəziyyət çox gərgindir
Lerikdən millət vəkili olan İqbal Məmmədov uzun illərdən sonra rayonda nəhayət ki görünüb. Amma özü yox adı. Bu görünmə də vətəndaşlara baha başa gəlib. Bəlli olub ki, İ.Məmmədov «Relax» istirahət mərkəzindən, «Piran» Broylerdən sonra bir qədər də zəngin olmaq istəyir. GUNDEMİNFO.AZ-a məlumat verən Lerik sakinləri deyirlər ki, Lənkəran-Lerik yolu məhz İqbal Məmmədovun sonuncu «görünməsi» ilə bərbad hala düşüb. Lerikdən olan sakinlər iddia edirlər ki, deputat İqbal Məmmədov biznesini bir qədər də genişləndirmək məqsədilə rayon ərazisində özünə mineral sular istehsal edən zavod inşa etdirir.
Bu səbəbdən də iki aydır ki, iri yük maşınları Lənkəran-Lerik yolunda hərəkət edir və yolu bərbad hala salırlar. 108 seçki məntəqəsi olan Lerikin bu dairəsindən olan seçicilər deputatları ilə görüşmək üçün dəfələrlə cəhd etmələrinə baxmayaraq buna nail ola bilmirlər. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən kəndlərdə içməli su, qaz, elektrik enerjisi olmaması səbəbindən şikayətlərini ünvanlayacaq yer tapa bilməyən kənd sakinləri dövlət başçısına da narazılıq məktubu yollamağa hazırlaşırlar.
Onlar rayonun deputatının öz məqsədləri üçün şəxsi biznesini genişləndirməkdən başqa bir iş görmədiyini deyirlər.
Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər