BolgeXeber.Com » Xəbərlər » Masallının icra başçısının təzyiqlərindən cana doyan namizəd seçkilərdə iştirakdan imtina edir
Masallının icra başçısının təzyiqlərindən cana doyan namizəd seçkilərdə iştirakdan imtina edir
10-10-2015, 11:27
Oxunub: 1 396
Namizədlər anti-demokratik şəraitə görə seçkilərə qatılmaqdan imtina edir; YAP-ın bəzi namizədləri isə geri çəkilməyə məcbur olunur
Parlament seçkilərinə namizədliyini irəli sürmüş daha bir şəxs anti-demokratik seçki mühitinə etiraz olaraq bəyanat yayaraq seçkiyə qatılmaqdan imtina edib. 70 saylı Masallı şəhər seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürmüş Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayevin bəyanatında deyilir:
“Bəyan edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyimi 70 saylı Masallı şəhər seçki Dairəsindən irəli sürdüyüm andan, Masallının icra başçısı Rafil Hüseynovun təqib, təziq, şantaj, həbs təhdidlərinin daha da artmasının şahidi oldum. 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı namizədliyimin ləğv edilməsi, seçkidə iştirakıma yaradılan çox iyrənc, çirkin hərəkətlər bu gün də davam edir. Rafil Hüseynov rayon bələdiyyəsini qanunlarla deyil, öz iradəsinə uyğun formalaşdırdı. Lakin Musaküçə kəndinin sakinləri saxtakarlığın həyata keçirməsinə mane olaraq seçkilərin nəticələrinin ləğv edilməsınə nail oldular. Bundan sonra mənə və kəndimizin fəallarına qarşı çox iyrənc kampaniya başladıldı. Rafil Hüseynovun sifarişi ilə 10 aydan artıqdır ki, istintaq və məhkəmə süründürməçiliyindən əziyyət çəkirik.
Rafil Hüseynovun çoxsaylı qanunsuzluqları, iqtisadi, seçki cinayətləri barədə ölkə rəhbərliyinə etdiyimiz şikayətlərə, müraciətlərə, keçirdiyimiz mətbuat konfranslarına da heç bir reaksiya verilmir.
Hər gün təhdid, təziq altında yaşamağa, haqlarımızın, hüquqlarımızın sistemli şəkildə pozulmasına, rayonumuzda normal seçki mühitinin olmamasına etiraz olaraq imza vərəqələrini təqdim etmədən namizədliyimi geri götürür, seçkidə iştirakdan imtina edirəm.
Bundan sonra da qanunsuzluğa, haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizəmi daha fəal şəkildə davam etdirəcəyəm”
(Anaxeber.az)
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm