Alim Qasımovun qızının konsertində gərgin anlar - FOTOLAR
12-10-2015, 09:27
Oxunub: 1 930
İki gün öncə muğam ifaçısı Fərqanə Qasımovanın konsertində xoşagəlməz hadisə yaşanıb
Müğənninin ifası zamanı qəfildən salona siqnalizasiya səsi yayılıb.Musavat.com-un əməkdaşı konsertdə yaşananları belə təsvir edib: “Birinci dəfə ifa dayanmadı, siqnalizasiyanın səsi musiqiyə yenildi. İkinci dəfə avadanlıq daha uzunmüddətli “ötdü”.
Yanğın təhlükəsinə duyarlı səs sisteminin üçüncü “zənguləsində” artıq musiqi susmuşdu. İşıqlar yandı, hamı nə olduğunu bilmək üçün qapılara tərəf boylandı, görəvlilərin qaçaqaçı başladı. Təxminən 2-3 dəqiqə sonra susmaq bilməyən siqnalizasiya səsinə avtomatik işə düşən kondinsionerlərin səsi də qoşuldu. Zalda temperatur kəskin düşdü, ventilyasiya sistemi konsert ab-havasını da çəkib salondan çıxardı. Səhnədə qripdən yenicə ayılmış və çox çətin muğamı ilk dəfə təqdim edəcək çarəsiz sənətçi, salonda “Yanırıq???” sualı ilə nə baş verdiyini anlamağa çalışan yüzlərlə seyrçi vardı”.
Hadisədən 10 dəqiqə keçməmiş Alim Qasımov gülə-gülə səhnəyə çıxıb və olanları izah edib: “Narahat olmayın, qonaqlarımızdan kimsə konsertdən çıxmağı üçün qonşu restorana kabab sifariş verib, onun tüstüsü də gəlib dolub bu binaya, siqnalizasiyalar avtomatik işə düşüb...”.
Fərqanə Qasımovanın konsertinə qarışıqlığı salan bulvardakı “Sədəf” restoranının manqalından qalxıb iki addımlıqdakı Muğam Mərkəzinə dolan tüstü imiş.


Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət