"Unibank" əlilin ailəsini ac qoyub-FOTO
12-10-2015, 09:45
Oxunub: 4 029
İkinci qrup əlil Əliyev Ələkbər Fərman oğlu kredit bataqlığında batanlardandır
AFN.az xəbər verir ki, Ə.Əliyev “Unibank”dan götürdüyü krediti ödəyə bilmədiyi üçün ciddi problemlə üzləşib. Bu barədə o özü bildirib: “İkinci qrup əliləm. 126 manat pensiya alıram, heç yerdə işləmirəm. Səhhətimdə yaranan problemlə əlaqədar “Unibank”dan kredit götürdüm, lakin sonradan ödəyə bilmədim. Bank məhkəməyə müraciət etdi, Suraxanı rayon məhkəməsində pensiyamın kreditə yönəldilməsi ilə bağlı qərar çıxarıldı. Dövlət Sosial Müdafiə Fondu da pensiyamı banka ödəyir. İndi mən aidiyyatı şəxslərə müraciət edirəm: nə ilə dolanım? Ailəmi necə saxlayım? Oğurluq edim, cinayət törədim? Bu ölkə kimiyə meydandı, kimiyə zindan, nə vaxtacan belə olacaq, Allah bilir”.
Bank əlilə güzəşt tanıya bilərdimi? Yaxud məhkəmədə kreditin hissə-hissə ödənilməsinə qərar çıxarmaq mümkün idimi? İstirahət günü olduğundan bu kimi suallara cavab ala bilmədik. İş günlərində mövzunu genişləndirəcəyik.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər