BolgeXeber.Com » Xəbərlər » Aytən Səfərova : İki uşaqla naümid olmaq istəmirəm -“Məmura yaltaqlanaraq adını siyahıya saldırmaq…”
Aytən Səfərova : İki uşaqla naümid olmaq istəmirəm -“Məmura yaltaqlanaraq adını siyahıya saldırmaq…”
12-10-2015, 12:12
Oxunub: 4 933
Aparıcı Aytən Səfərova evsizlik probleminə toxunub
Bolgexeber.com-un axşam.az-a istinadən məlumatına görə, aparıcı evi olmayan xalq artistləri və jurnalistlərin vəziyyəti barədə fikir bildirib:
“Əvvəllər binalar tikilər, müəllimlərə, fəhlələrə, alimlərə, artistlərə, media işçilərinə və başqalarına paylanardı. Hamı da növbə gözləyər, gələcək üçün arzular tutub, övladları ilə otaqların pərdələrinə, divardan asılacaq şəkillərə və s. dair xoş xəyallar qurardı. Ümid var idi. İndi isə bomboş binalar, kəllə-çarxa qalxan qiymətlər, naümid insanlar... Mən jurnalistəm. Jurnalistlər üçün təhvil verilmiş binada mənzil alanların əksəriyyətini nəinki mən, heç orada yaşayan həmkarlarımın çoxu da tanımır. Sanki hər şey tanışlıqla, hansısa məmura yaltaqlanaraq adını siyahıya saldırmaq üçün dəridən-qabıqdan çıxmaqla mümkündür.
Niyə xalq artisti küçədə qalmalıdır? Niyə sözün düzünü deyən jurnalist kirayədə yaşamalı, ayaq qoxusu, çanta ilə ayaqqabıya dair “önəmli reportaj” hazırlayan jurnalist əziyyət çəkmədən irəli getməlidir? Ümid verin insanlara!!! Mən də iki uşaqla naümid olmaq istəmirəm. Əks halda, niyə 20 il xalqa, Vətənə xidmət etmişəm və bu xidmətə canla-başla davam etmək istəyirəm?!”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər