BolgeXeber.Com » Xəbərlər » Naqif Həmzəyevin qorxulu kabusu: “Mətanət-A”

Naqif Həmzəyevin qorxulu kabusu: “Mətanət-A”

15-10-2015, 10:55
Oxunub: 3 366 Naqif Həmzəyevin qorxulu kabusu: “Mətanət-A”Bir zamanlar İlqar Qasımova xidmət edən deputatlığa namizəd Fərhad Əliyevin şirkətində işlədiyini tərcümeyi-halına salmayıb

Məlum olduğu kimi, YAP özünün namizəd siyahısını açıqlayan zamanı bir çoxlarını təəccübləndirəcək namizədlərə də yer verib.Onların arasında Gəncə icra başçısının müavini, YAP-ın yerli təşkilatının sədri Naqif Həmzəyev də var.

Qeyd edək ki, Naqif Həmzəyevin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülüb və şansı çox yüksək qiymətləndirilir. Amma sözügedən şəxsin qorxduğu, daha çox kabusuna çevrildiyi məqamlar da az deyil. Naqif Həmzəyevin keçmişində “qaranlıq” yerlər həddindən artıq çoxdur. Onun ADAU-da işləyərkən qovulmasından tutmuş, Elnur Aslanovla yaxın olmasına qədər ciddi amillərdən çəkindiyi və bu barədə ümumiyyətlə, danışmadığı vurğulanır.

Məlumatlarda qeyd olunur ki, deputatlığa namizədin digər bir kabusu isə vaxtıyla işlədiyi bir şirkətlə bağlıdır. JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd etməyib. İddiaya görə, buna səbəb həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olmasıdır.

Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib. Bundan başqa o dönəmlərdə mətbuatda sabiq nazirin xeyrinə məqalələrin hazırlanması və yerləşdirilməsində də müstəsna xidmətləri olub. Və bu barədə məlumatları gizlətməkdə məqsədi adının yenidən sabiq nazirlə birlikdə hallanmasını istəməməsidir.

Çox maraqlıdır ki, Naqif Həmzəyev Fərhad Əliyevlə yanaşı, Azərbaycan hakimiyyətinə qarşı çıxmış və onu sərt formada tənqid edən digər bir qalmaqallı siyasətçinin də yanında yer alıb. Məlumata görə, deputatlığa namizədin yanında olduğu və dəstək verdikləri sırasında "Azərbaycan yolu" Hərəkatının sədri İlqar Qasımovun da adı çəkilir. Daha dorğusu, Naqif Həmzəyev Rusiyanın Azərbaycandakı emissarlarından sayılan bir şəxsə yetərli qədər köməkliklər göstərdiyi deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.