Tərtərli gənclər nikah mərasimlərini Heydər Əliyev Mərkəzində keçiriblər-FOTO
12-10-2015, 19:13
Oxunub: 1 478
Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi artıq bir ənənə halını alıb
Bolgexeber.com xəbər verir ki, oktyabrın 12-də Tərtər şəhər sakini Allahverdiyev Samir Kamil oğlu ilə, İsmayılbəyli kənd sakini Səfərova Samirə Rəsul qızının nikah mərasimi keçirilib. Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoyublar.
Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildiriblər.
Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən bu əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulamış və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda yeni ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət