“Bəzi müəllimlərin açıq-saçıq geyimi şagirdlərə mənfi təsir göstərir"
13-10-2015, 09:50
Oxunub: 5 157
“Bəzi müəllimlərin xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük yaradır. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə mənfi təsir göstərirlər”
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.
O bildirib ki, belələrinin arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar: “Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman müəllimin davranışının, danışığının, jest və mimikasının, maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz”.
M.Vəliyeva qeyd edib ki, müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyil: “Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir. Nəzərə çatdırım ki, təhsil nazirinin 16 may, 2014-cü il tarixli, 600 saylı əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub. Bu və digər məsələlər həmin qaydalarda öz əksini tapıb. Müəllimlərin bu qaydaları oxumaları və oradakı tələblərə əməl etmələri çox vacibdir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər