BolgeXeber.Com » Xəbərlər » Süleyman Mikayılov borclulardan yaxa qurtarmaq üçün yeni “yol” tapıb

Süleyman Mikayılov borclulardan yaxa qurtarmaq üçün yeni “yol” tapıb

13-10-2015, 14:01
Oxunub: 3 286 Süleyman Mikayılov borclulardan yaxa qurtarmaq üçün yeni “yol” tapıbQaradağın icra başçısı tezliklə Naxçıvan Ali Məclisinin sədri olacağı şayəsini yaydırıb, alınmadıqda isə MR-ə baş nazir gedəcəyini gündəmə gətirib

Qaradağın icra başçısı Süleyman Mikayılov ətrafına verdiyi bir çox vədləri həyata keçirə bilmədiyi üçün ciddi sıxıntılar yaşamağa başlayıb. Hətta bəziləriylə maliyyə alış-verişlərinin olduğu və bu səbəbdən də narazılıqlar yaşandığına dair bilgilər dolaşır.
JAM.AZ-a verilən məlumata görə, Mikayılov vəziyyətdən çıxmaq üçün unikal variant fikirləşib. O, aralarında pul söhbəti olan adamları inandırmağa çalışır ki, tezliklə Naxçıvanda yüksək vəzifələrdən birinə gedəcək. Və işin ilginc tərəfi onun yalanlarından birinin üzərinin açılması və bu səbəbdən də az qala skandal yaşanacağıymış.
Belə ki, Süleyman Mikayılov alver içində olduğu adamlardan bir neçəsini inandırmağa çalışıb ki, guya, yaxın vaxtlarda Naxçıvan Ali Məclisinin sədri təyin olunacaq. Amma onun yanındakı adamlardan biri dəqiqləşdirib ki, sözügedən post təyinatla deyil, seçki yolu ilə müəyyən olunur. Bunun üçün icra başçısı ilk olaraq postundan istefa verib, Naxçıvanda keçiriləcək seçkilərə qatılmalıdır. İndiki məqamda isə bu qeyri-mümkün görünür. Belə olan təqdirdə yaxın adamı ilə Mikayılov arasında sıxıntı yaşanır və Qaradağın icra başçısı yanlışlığa yol verdiyini etiraf edir.
Lakin çox keçmir ki, Süleyman Mikayılov ondan narazı qalmış dostlarını inandırmaq üçün yeni bir yalan uydurmağa nail olur. Və İcra Hakimiyyətindəki adamları vasitəsi ilə bu xəbəri hər yerə yaymağa başlayır. JAM.AZ-ın əldə etdiyi məlumata görə, bu dəfə icra başçısı xəbər yaydırır ki, bəs, yaxınlarda, daha doğrusu, parlament seçkilərindən sonra Naxçıvan Muxtar Respublikasının baş naziri təyin olunacaq.
Hərçənd bu da inandırıcı görünmür. Çünki belə mühüm posta Süleyman Mikayılov kimi birinin gətiriləcəyi real hesab edilmir. Üstəlik, həmin postun daha çox Naxçıvanda yaşayan birinə həvalə edildiyi praktikada daha çox diqqəti çəkir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com