2 milyondan çox azərbaycanlının banklara borcu var
13-10-2015, 14:10
Oxunub: 3 773
Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2015-ci ilin sentyabrın 1-nə Azərbaycanda 2 milyon 488 min nəfər borcalan (kredit borcu olanlar-red.) qeydə alınıb
Bu da 2015-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 171 min 760 nəfər çoxdur.AMB xəbər verir ki, cari ilin avqustun yekunlarına görə, xidmətin bazasında Azərbaycan vətəndaşlarına verilmiş 10 milyon 280 mindən çox kredit haqqında informasiyalar saxlanılır.
AMB-nin məlumatında həmçinin bildirilir ki, sentyabrın 1-nə olan məlumata görə, xidmətə 279 min sorğu daxil olub ki, sorğuların 95%-dən yuxarı hissəsi banklar tərəfindən edilib.
Bundan başqa, qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2012-ci ildə 1 milyon 540 min borcalan qeydə alınıb.
Onu da qeyd edək ki, cari ilin avqustun nəticələrinə görə, zamin şəxslərin sayı son bir ayda 1618 nəfər artaraq 1 milyon 159 min nəfər təşkil edib.
Sonda məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanır.(oxu.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər