“Zaminbank”-ın Gəncə filialının müdiri seçicilərə sədəqə paylayır
14-10-2015, 09:55
Oxunub: 4 322
Mahir Abbaszadə: “Onsuz da bu dairənin deputatı mənəm, səs versəniz də, verməsəniz də. Amma yenə də Allah naminə bu yardımı edirəm”
121 saylı Laçın seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən “Zaminbank”-ın Gəncə filialının müdiri Mahir Abbaszadə seçiciləri ələ almaq üçün kassanın ağzını açıb.
Lakin hakim partiyanın namizədi özünü elə aparır ki, sanki o, seçicilərinə sədəqə paylayır.
AzFakt.com-a Laçın sakinlərinin verdiyi məlumata görə Mahir Abbaszadə Laçın qaçqınlarının yaşadığı bəzi obalarda seçicilərlə görüşüb. Obalarda görüşü zamanı “Zaminbank”-ın Gəncə filialının müdiri oba sakinlərinin bəziləinə ərzaq, pul verib. Hakim partiyanın namizədi seçicilərinə açıq deyib ki, “Onsuzda bu dairənin deputatı mənəm, səs versəniz də verməsəniz də seçkinin qalibi mən olacam. Amma yenə də Allah naminə bu yardımı edirəm”.
Daha sonra sözələrinə davam edən namizəd qeyd edib ki, “Bu hədiyyələri sizlərə rüşvət adı ilə yox, sadəcə bir yerli kimi, Laçın camaatını sevən, onlar üçün çalışan biri olaraq sizlərə kömək üçün verirəm”.
Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsindən Mahir Abbaszadənin 6 rəqibi var və onların hamısı bitərəf olaraq seçkiyə qatılıblar.
Hazırkı dairədə icra hakimiyyətinin və şəxsən Akif Səlimovun dəstəyi ilə Mahir Ababszadənin mandat əldə "edəcəyi" deyilir. Mövzuya qayıdacağıq.
Qarşı tərəfinmövqeyini verməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər