“Makromart”da qiymət saxtakarlığı aranı qatdı
14-10-2015, 15:57
Oxunub: 4 743
Oktyabrın 11-də “Makromart” mağazalar şəbəkəsinin Ayna Sultanova yaxınlığındakı filialında insident olub
Mağaza əməkdaşları ilə müştərilər arasında ciddi qalmaqal yaşanıb. Bolgexeber.com azinforum.az-a istinadla xəbər verir ki, qalmaqala səbəb mağazanın müştəriləri aldatması olub:
Sitat: “Çox ziyalı görkəmli olan xanımlar kassada görüblər ki, vitrinlərdə yazılan qiymətlərlə kassada tələb edilən pul arasında kəskin fərq var. Bu səbəbdən də onlar mağazanın müdiriyyətini çağırıblar.
Hadisə yerinə gələn və özünü mağazanın müdiriyyəti kimi təqdim edən Ayaz adlı birisi müştərilərlə çox kobud tonda danışıb. Deyib ki, gedin hara istəyirsiniz şikayət edin. Narazı müştərilərdən biri “ANS-i gətirəcəm” qışqıraraq marketi tərk edib”.
Bir müddət əvvəl “Makromart” mağazalar şəbəkəsinin bonus kampaniyası barədə də şikayət məzmunlu materiallar yer almışdı. Məlum olub ki, hər 10 manat alış-veriş edənə 1 bonus yazılır.
Ancaq təqdim olunan hədiyyələri qazanmaq üçün müştərinin bonus yığması qeyri-mümkündür. Məsələn, kampaniyadakı Apple İPod-a sahib olmaq üçün müştəri 2560 bonus yığmalıdır ki, bunun üçün də o, 25 min 600 manat xərcləməlidir. “Makromart”dan Apple İPod-a sahib olmaq üçün vətəndaş evini satıb həmin marketdə xərcləməlidir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər