SOS: “Aquşa” uşaq yeməyindən qurd çıxdı – FOTO
14-10-2015, 16:57
Oxunub: 3 902
Bakıda uşaq yeməyi olan “Aquşa”nın içərisindən qurd çıxıb
TİA.AZ-ın məlumatına görə, bu haqda Aygün Zeynalova adlı vətəndaş “Facebook” səhifəsində yazıb.
O, bu faktı özündə əks etdirən foto da paylaşıb. Onun sözlərinə görə, adıçəkilən firmanın məhsulları uşaqların gələcəyini zəhərləməkdir. Vətəndaş bu məhsulu almamağa çağırıb. Zeynalova müvafiq qurumlara şikayət edəcəyini də açıqlayıb.
“Uşaq üçü yemək hazırlayanda içindən qurdlar çıxdı. Bu insanlığa yaraşmayan işdir. “Aquşa” firmasının məhsullarını almayın. İlahi, bu nə deməkdir? Uşaq çox narahatdır. Xahiş edirəm, diqqətli olun. Şikayətimizi də edəcəyik”.
Daha əvvəl də Aquşanın kasasında çoxlu çöküntülər aşkar olunub. Danılmaz faktdır ki, son illər ərzində uşaq qidaları ilə bağlı problemli vəziyyət yaranıb.
Xatırlayırsınızsa,Yoxlama Laboratoriyası "Nutrilon" uşaq yeməklərini satışdan çıxarılması üçün 50-dən artıq şəhərə yazılı təlimat göndərmişdi. Hətta Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemologiya Mərkəzinin rəhbər şəxsi "Nutrillon" uşaq qidalarında GMO aşkarlanması və bu kimi xəbərlərə münasibət bildirmişdi.
Lakin təəssüflər olsun ki, qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılmadı. Hətta əldə edilən məlumatlara görə, "Nutrillon" uşaq yeməkləri bir neçə dəfə zəhərlənmə faktına da gətirib çıxarıb. "Milupa Aptamil Südlü Taxıl Qarışığı" ilə bağlı Türkiyədə sensasion araşdırma üzə çıxmış və qidanın tərkibində GMO olduğu təsdiqlənmişdi. Qonşu ölkədə bu məhsulları satışa buraxanlar üçün uzunmüddətli həbs cəzası da nəzərdə tutulurdu.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət