Ziya Məmmədovun adamı Goranboydan uzaqlaşdırılır
14-10-2015, 20:49
Oxunub: 1 571
Nizaməddin Quliyev tezliklə tutduğu vəzifədən kənarlaşdırıla bilər
«Nizaməddin Quliyevin tərcümeyi-halına diqqət yetirsəniz görərsiniz ki, onun əməl fəaliyyəti ilə bağlı demək olar ki, heç bir məlumat verilmir. Sadəcə olaraq, onun Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirdiyi və 24 sentyabr 2009-cu il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu qeyd olunub».
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə bağlı indiyədək kütləvi informasiya vasitələrində müxtəlif səpkili informasiyalar yayımlanıb. Həmin məlumatlarda deyilir ki, icra başçısı rəhbərlik etdiyi rayonda fəaliyyət göstərən iş adamlarına əlavə problemlər yaradır, onların işinə yersiz müdaxilələr edir, əhalinin sosial problemləri ilə maraqlanmır, daha çox şəxsi maraqlarının təmin olunmasına çalışır.
Bu və digər bir sıra önəmli məqamlarla əlaqədar əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, əslən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndindən olan Nizaməddin Quliyev icra başçısı təyin edilən gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın gündəmində olub.
Goranboy rayon icra başçısının nəqliyyat naziri Ziya Məmmədovla yaxınlığı ilə seçildiyini, yəni onun kadrı olduğunu vurğulayan mənbə iddia edir ki, rayon camaatı icra başçısının fəaliyyətindən söz düşəndə «heç yarımadıq» deyirlər:
«Nizaməddin Quliyevin tərcümeyi-halına diqqət yetirsəniz görərsiniz ki, onun əməl fəaliyyəti ilə bağlı demək olar ki, heç bir məlumat verilmir. Sadəcə olaraq, onun Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirdiyi və 24 sentyabr 2009-cu il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu qeyd olunub. Maraqlıdır, görəsən 1954-cü il təvəllüdlü Nizaməddin Quliyev 2009-cu ilə qədər hansı işlə məşğul olub, harada hansı vəzifədə çalışıb? Bu barədə heç bir informasiya yoxdur.
Deyilənlərə görə, nəqliyyat naziri ilə sıcaq münasibətlərdə olan Nizaməddin Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsində Ziya Məmmədovun misilsiz xidmətləri olub. Elə bu səbəbdən də o, daim ən mühüm məsələlərdə məhz nəqliyyat nazirindən məsləhətlər alıb, onun tapşırıqları əsasında hərəkət edib. Bir sözlə, Nizaməddin Quliyev hər zaman Ziya Məmmədova sadiq kadr olub.
Bu isə son zamanlar onun vəziyyətini xeyli çətinləşdirib. Çünki Ziya Məmmədovun yol verdiyi səhvlər, kobud nöqsanlar səbəbindən artıq həm onun özü, həm də ətrafındakılar, ona yaxın olan şəxslər ciddi çətinliklərlə üz-üzə qalıblar. Təbii, bu, Goranboyun icra başçısından da yan keçməyib. Belə ki, deyilənlərə görə, tezliklə Hesablama Palatası başda olmaqla müvafiq qurumlar Goranboy Rayon İcra Hakimiyyətinin, eləcə də icra başçısı Nizaməddin Quliyevin fəaliyyətini araşdıracaq. Bu isə sonda icra başçısının tutduğu vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər. Artıq bunun ilkin işartıları görünməkdədir…»
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gundelikbaku.com)
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət