BolgeXeber.Com » Xəbərlər » Salyanda YAP və İcra Hakimiyyəti öz namizədini deyil, bitərəf namizədi niyə təbliğ edir?
Salyanda YAP və İcra Hakimiyyəti öz namizədini deyil, bitərəf namizədi niyə təbliğ edir?
15-10-2015, 11:58
Oxunub: 12 440
YAP-ın bu dairədən deputatlığa namizədliyini irəli sürdüyü Salyan Rayon Xəstəxanasının həkimi İlqar Ağabəyova heç bir dəstək göstərilmir
59 saylı Salyan Seçki dairəsi üzrə aparılan təbliğatda ciddi pozuntular aşkarlanıb. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən saylanlılar bildiriblər ki, Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının yerli təşkilatı öz namizədinin deyil, bitərəf bir namizədin təbliğatı ilə məşğuldur. Sosial şəbəkəldərdə və internet üzərində aparılan təbliğatda Salyan RİH-nin başçısının müavini Rəşad Cəbrayılov xüsusi aktivliklə iştirak edir.
YAP SALYAN RAYON TƏŞKİLATININ RƏSMİ SƏHİFƏSİ
Daxil olan məlumata görə, YAP-ın bu dairədən deputatlığa namizədliyini irəli sürdüyü Salyan Rayon Xəstəxanasının həkimi İlqar Ağabəyova heç bir dəstək göstərilmir. Məlumata əsasən hətta YAP-ın Salyan rayon təşkilatının sədri və başçının müavini olan Rəşad Cəbrayılov partiyanın yerli qərargahını da bitərəf namizədin xeyrinə işlədir.
Bu bitərəf namizəd isə uzun illər Azərbaycanın hərbi komissarı işləmiş Əliağa Hüseynovdur. Ə.Hüseynovla bağlı bütün təbliğatı YAP həyata keçirir deyən mənbə israrla bu barədə toplanan məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini istəyir. İnformasiyalara əsasən Əliağa Hüseynovun yerlərdə seçicilərlə bütün görüşlərini də YAP və İcra Hakimiyyəti təşkil edir.
Qeyd edək ki, müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq icra hakimiyyətində işləyən vəzifəli şəxslərin seçkilər dövründə hansısa namizədin xeyrinə təbliğat aparması qanun pozuntusu kimi qəbul edilir. Onu da qeyd edək ki, yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər