Xalq artistinin bacısından Xəzərin icra başçısına sərt ittihamlar
15-10-2015, 16:21
Oxunub: 1 455
Mərhum sənətkar, Xalq artisti Nuriyyə Əhmədovanın bacısı Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun ünvanına sərt sözlər işlədib
Bolgexeber.com aznews.az-a istinadən xəbər verir ki, Maya Həsənova başçını N.Əhmədovanın yasına gəlməməkdə və onun yasının keçirilməsinə heç bir köməklik göstərməməkdə ittiham edib. O, G.İslamovu ölkənin Xalq artistinə qarşı laqeyd davranmaqda suçlayıb: “Nə basçı, nə müavinləri, nə də onları təmsil edən nümayəndələrdən heç kim yasa gəlmədi. Soruşan olmadı ki, rayonda Xalq artisti rəhmətə gedib, 50 ilin sənətkarının yası necə veriləcək? Onlar hamısı bilirdilər ki, N.Əhmədovanın heç evi də yoxdur. Onun hansı şəraitdə yaşadığına da yaxşı bələd idilər. Gülağa və onun komandasını biabır edəcəyəm. G.İslamov bəlkə 100 restoran işlədir, 10-dan yuxarı maşını var, onun bir yası yola vermək üçün 2000 manata gücü çatmırdı? Özü gəlmədi-gəlmədi, heç olmasa meyidi yerdən götürəydi. Nuriyyə onun bütün əzizlərinin yasına gedib, amma basçı bir nümayəndəsini də göndərmədi”.
M.Həsənova N.Əhmədovanın yası ilə bağlı daha bir şok faktı açıqlayıb. O, Şüvəlan məscidində pul almamış meyiti yumadıqlarını bildirib: “Təsəvvür edin ki, Azərbaycanın Xalq artistinin meyiti yumaq üçün məscidə aparıldı. Onu yumaq üçün 70 manat pul istədilər. Pulu almamış meyiti yumadılar. 70 manatı alandan sonra bacımın nəşini yuyub, özümüzə verdilər.
Məscidin axundu bilmirdi ki, N.Əhmədova hansı kasıbçılıqda yaşadı, öldü? Bu boyda rayonda N.Əhmədovaya 50 manatlıq hörmət qoyan olmadı. Onun bir şəklini də gətirib yas çadırına qoyan olmadı. Azərbaycanın Xalq artistinin meyitini yerdən ailəsi götürdü. Belə biabırçılıq olmaz axı ”.
Xatırladaq ki, N.Əhmədova oktyabrın 10-da 1 saylı Klinik Şəhər Xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.
Onu da bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi bu gün yas mərasiminin keçirilməsi üçün N.Əhmədovanın ailəsinə maddi yardım ediləcəyini bildirib.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər