BolgeXeber.Com » Xəbərlər » Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir (FOTO)

Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir (FOTO)

17-10-2015, 14:38
Oxunub: 3 417 Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir (FOTO)17 oktyabr 2015-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Xələc inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib

Yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov Fəzail Ağamalının son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə hesabat xarakterli ətraflı məlumat verdi.
Bildirildi ki, son beş il ərzində Fəzail Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib. Kənd ağsaqqallarından Salyan Ağsaqqallar Şurasının sədr müavini Hacı Oqtay Məmmədov, kənd ziyalısı Əliqardaş Bayramov, təqaüdçü Balabəy Əliyev və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar.
Görüşdən sonra Fəzail Ağamalı Qarabağ müharibəsinin iştirakçısı Raman Məmmədovun dəvətilə onun ev şəraiti ilə tanış oldu. F.Ağamalı müharibə veteranını əmin etdi ki, seçkilərdən sonra tikilməkdə olan yarımçıq qalmış evin başa çatdırılması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və lazımı köməklik göstərilməsi üçün konkret addımlar atılacaq.
Görüşdə Fəzail Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.

Bolgexeber.com