BolgeXeber.Com » Xəbərlər » Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLAR

Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLAR

17-10-2015, 17:30
Oxunub: 4 424 Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLARu gün Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fəzail İbrahimlinin seçicilərlə növbəti görüşü keçirilib

Belə ki, bu dəfə Masallı rayonunun Təzə Alvadı və Təklə kəndlərində Fəzail İbrahimlinin seçicilərlə baş tutan görüşü daha izdihamlı və möhtəşəm olub. Görüşdə iştirak etmək üçün yüzlərlə kənd sakini görüş yerinə gəlib. Kənd ağsaqqallarının, gənclərin, ziyalıların, fermerlərin, sadə vətəndaşların iştirak etdiyi görüş xüsusi insanlarda böyük təəssürat yaradıb.
Seçicilər qarşısında çıxış edən Fəzail İbrahimli bu vaxta qədər ona göstərilən etimada görə insanlara öz minnətdarlığını bildirib: “Deputatlıq fəaliyyətim dövründə sizin problemlərinizi öz problemim kimi qəbul eləmişəm. Həmişə çalışmışam ki, səsiniz hər yerə çatsın, problemlərdən sıxılmayasınız. Mənim sizlərlə yüzlərlə belə görüşlərim olub, təkcə seçki dönəmində deyil, elə əvvələr də biz birlikdə addımlamışıq. Və inanıram ki, bundan sonra da inkişaf edən, qüdrətli Azərbaycanımız uğrunda birlikdə addımlayacağıq”.
Masallı rayonunun Təzə Alvadı kənd sakini Allahşükür Kərimov deputatlığa namizəd Fəzail İbrahimli ilə görüşündə bildirib ki, kənd sakinləri onun deputatlıq fəaliyyətindən tamamilə razıdır: “Biz istənilən vaxt Fəzail İbrahimli ilə görüşə bilirik, ona dərdimizi deyə bilirik. Hətta istədiyimiz vaxt onun mobil telefonuna zəng eləyib sözümüzü deyirik. Sağ olsun, Fəzail müəllim də həmişə bizim yanımızda olub, bizim problemlərimizi şəxsi problemi kimi qəbul edib. Biz ona güvənirik, inanırıq ki, növbəti beş ildə Fəzail İbrahimli bizi ən yüksək səviyyədə təmsil edəcəkdir”. Sonra çıxış edən Təzə Alvadı kənd sakini Xangül Səmədov qeyd edib ki, Təzə Alvadı kəndinin sakinləri ötən beş ildə Fəzail İbrahimlini dəstəkləyiblər və bu ilki parlament seçkilərində də belə olacaq: “Biz səsimizi Fəzail İbrahimliyə etibar edəcəyik. Ondan zərrə qədər də olsun narazılığımız yoxdur. Təkcə bizim yox, Fəzail müəllim kəndimizdən ali məktəblərə təhsil almağa gedən övladlarımızın da problemlərinin həll olunmasında birbaşa iştirak edir. Şəxsən mən və ailəm bu dəfə də ona səs verəcəyik”.
Daha sonra çıxış edən Təklə kənd sakini Fərman Kərimov hər kəsi deputatlığa namizəd Fəzail İbrahimliyə səs verməyə səsləyib: “Təklə kəndi bütünlüklə Fəzail müəllimdən, onun fəaliyyətindən, deputatımız kimi səsimizi eşitməyindən çox razıyıq. İstənilən vaxt ona sözümüzü deyə bilirik və heç bir sözümüz də yerə düşmür”.
Bolgexeber.com
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLAR
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLAR
Fəzail İbrahimlinin seçicilərlə növbəti izdihamlı görüşü baş tutdu-FOTOLAR