Cəlilabadda maraqlı ola-Toyuq-cücənin ağzını “skoç”layıb oğurladılar
19-10-2015, 09:49
Oxunub: 5 634
Faktla bağlı araşdırmalara başlanıb
Cəlilabadda oğurluq hadisəsi baş verib.
Bolgexeber.com-un apa-ya istinadən məlumatına görə, naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə rayonun Göytəpə şəhər sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatdakı quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar.
Oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.
Bankdan götürdüyü yüksək məbləğdə kreditlə fərdi təsərrüfatını inkişaf etdirmək fikrində olan Nəsir Quliyevin sözlərinə görə, ona məxsus 50 baş hind toyuğu, 30 baş qaz, 25 baş ördək və 30 başa yaxın toyuq oğurlanıb. Ümumilikdə isə təsərrüfat sahibinə 5 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, oğurluq hadisəsini törədənlərin tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər