Eldar Mahmudovla bağlı önəmli Açıqlama
19-10-2015, 12:26
Oxunub: 4 575
Prezidentin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından sonra onunla bağlı mətbuatda ilginc və təsdiqini tapmayan məlumatlar gəzib-dolanır
Bir çox KİV-lər onun həbs olunduğunu, digərləri isə E.Mahmudovun işdən çıxarılma səbəbini müxtəlif fərziyyələrlə əsaslandırıb.
E.Mahmudovun rəhbərliyi zamanı MTN-lə sıx əməkdaşlıq edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov nazirin həbsi və onun işdən çıxarılmasına münasibət bildirib.
Komitə sədri azvision.az-a açıqlamasında bildirib ki, prezidentin E.Mahmudovun işdən çıxarılması ilə bağlı sərəncamı gözlənilməz olub.
“Ölkə başçısı belə bir sərəncam imzalayıb. Buna hörmətlə yanaşmaq lazımdır. MTN nazirin işdən çıxarılma səbəbinə gəlincə, bu haqda dəqiq məlumat yoxdur. Sadəcə mətbuatda müxtəlif informasiyalar yayılır. Rəsm açıqlama olmadığı üçün heç kim əsl səbəbi izah edə bilməz”.
E.Behdudov E.Mahmudovun həbs xəbərinə də münasibət bildirib: “MTN işçilərinin həbs olunması ilə bağlı bizim komitəyə heç bir müaciət daxil olmayıb. Biz hüquq müdafiə təşkilatıyıq. Əgər müraciət daxil olsa, biz buna reaksiya verəcəyik. Eldar müəllimin həbsi ilə bağlı çox xəbərlər yazılar. Ancaq ən əsas dövlət və rəsmi orqanlar tərəfindən verilən açıqlamalardır. Sabah kimsə yaza bilər ki, biri özünü binadan atdı. Bu düzgün deyil. Əsas dövlət orqanlarının yaydığı məlumatlara istinad etmək lazımdır. Amma hər şey ola bilər. Hər şey gözlənilir. Hər bir dövlət və hüquq-mühafizə orqanlarının əməlində nöqsan və cinayət xarakterli işlər varsa, əlbəttə bu məsələlər araşdırılmalıdır. Bizim komitə MTN-nin İstintaq təcridxanasında mütəmadi olaraq monitorinqlər keçirir. Həmisə bizə şərait yaradılıb. Onlar həmişə bizim komitəyə qarşı obyektiv münasibət bəsləyiblər. Eldar Mahmudovla da işlə bağlı görüşlərimiz olub”.
Komitə sədri əlavə edib ki, Eldar Mahumovun yerinə kimin təyin olunması məsələsi dövlət başçısının müstəsna səlahiyyətinə daxildir: “Hamımız dövlət başçısının sərəncamına hörmətlə yanaşırıq. Prezidentin verdiyi sərəncamlara və qərarlara tabe olmalıyıq”.
Hüquq müdafiəçisi sabiq nazirlə aralarında olan münasibətlərə də aydınlıq gətirib: “Eldar müəllimlə yalnız işlə əlaqədar görüşmüşəm. Oğlunun toyunda da iştirak etməmişəm. İşlə bağlı görüşlərimiz çox normal keçib. Bir şeyi şəxsən deyə bilərəm ki, Eldar Mahmudov həmişə bizim komitəyə qarşı səmimi olub”.
Qeyd edək ki, oktyabrın 17-də dövlət başçısının sərəncamı ilə Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər