Valyuta satan Ağcabədi sakinləri niyə yoxa çıxır?
20-10-2015, 19:41
Oxunub: 4 897
Ağcabədi rayonundakı “Kolxoz bazarı”nda xarici valyutanın alqı-satqısı ilə məşğul olan Valeh İsmayılov və Vüqar Hümbətovun yoxa çıxması rayon sakinləri arasında təşviş yaradıb
Baş verənlərin silsilə cinayətlər törədən hansısa cinayətkar qrup tərəfindən törədilməsi də istisna olunmur.
Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ərəstun Quliyev virtualaz.org saytına açıqlamasında faktla bağlı cinayət işi açıldığını, araşdırmalar aparıldığını bildirib: “İtkin düşən şəxslərin hər ikisi “Kolxoz bazarı”nda qeyri-qanuni fəaliyyət göstəriblər. Hazırda istintaq gedir”.
Ağcabədi rayonunda “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan rayon sakini, 1956-cı il təvəllüdlü Valeh İsmayılov oktyabrın 17-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Valeh İsmayılov evdən çıxanda üzərində 3000 manatadək pul olduğu bildirilir.
Qeyd edək ki, bu Ağcabədi rayonundakı “Kolxoz bazarı”nda ilk hadisə deyil. Belə ki, 2015-ci il, mayın 27-də “Kolxoz bazarı”nda xarici valyutanın alqı-satqısı ilə məşğul olan rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar Hümbətov də itkin düşüb. İndiyə qədər onun barəsində heç bir məlumat yoxdur.
Hadisələrin oxşarlığına gəlincə isə Ə.Quliyev bunun təsadüf olub-olmaması versiyasının araşdırıldığını deyir.
İtkin düşənlərin yaxınları ifadələrində onlar yoxa çıxdıqları gündən əlaqə saxlamaq mümkün olmadığını, telefonlarına zəng çatmadığını göstəriblər. Hazırda hər iki şəxsin axtarışları ilə bağlı əməliyyat tədbirləri aparılır.//virtuala.org
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər