Füzuli RİH-də 9 ayın hesabatı verildi - Fotolar
22-10-2015, 10:26
Oxunub: 1 241
Füzuli RİH-də 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Bolgexeber.com bildirir ki,Füzuli rayonunun 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasda cari ilin 9 ayı rəzində rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2014-2018-ci illər) nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış etmiş, 2015-ci ilin 9 ayının bütün respublikamızda olduğu kimi Füzuli rayonunda da uğurlu göstəricilərlə yada qaldığını vurğulamışdır.
Alı Alıyev bildirmişdir ki, hazırda Horadiz şəhəri ilə yanaşı rayonun kənd və qəsəbələrində tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası istifadəyə verilmişdir. Hazırda Horadiz şəhərində kənd təsərrüfatı idarəsi üçün, rayon Statistika İdarəsi və Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin rayon şöbəsi üçün inzibati binaların tikintisi davam edir. Yaxın günlərdə rayon ərazisində yeni 400 ailəlik yeni qəsəbənin tikintisinə start veriləcəkdir. 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması və əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Alı Alıyev ölkə başçısının respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir.
Qeyd etmişdir ki, sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.
Alı Alıyev hesabat məruzəsində füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
Hesabat iclasında uğurlarla yanaşı problemlər də qeyd edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
İclasda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək gördükləri işlərə dair hesabat vermişlər.



Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət