BolgeXeber.Com » Xəbərlər » Beyləqanda başçı etirazlara səbəb olub - İDDİA

Beyləqanda başçı etirazlara səbəb olub - İDDİA

22-10-2015, 15:32
Oxunub: 2 334 Beyləqanda başçı etirazlara səbəb olub - İDDİAİcra başçısı hansı məktəbin neçə şagirdi tələbə adını qazanıbsa həmin diektorlardan tələbənin sayı qədər 50 manat yığdırmışdı

Beyləqan rayonundan daxil olan məlumata görə, icra başçısının tapşırığı ilə Təhsil Şöbəsi müdirinin pul yığması direktorları hiddətləndirib.Məlumat verən mənbəmizin bildiriyinə görə, bir neçə məktəb direktoru vəzifələrindən çıxmaq üçün ərizə yazıblar və rayonda baş verənlərlə bağlı Bakıya -Prezident Administrasiyasına şikayətə gəlmək qərarına gəliblər. Bir neçə məktəb direktorunun bu cür açıq etirazlarından əndişə edən icra başçısı Vaqif Abdullyev Təhsil Şöbəsi müdirinə tapşırıq verib ki, səs-küy salanlardan pul yığmasın. Yerdə qalan məktəb direktorlarında isə 300 manat hesab yığılıb. Mənbəmiz iddiasına görə, Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov direktorlara açıq deyib ki, Vaqif Abdullayev 300 manatı artırılan dərs saatlarına görə yığır. İcra başçısı deyir ki, əgər dediyim pul yığılmasa rayon prokuroruna təlimat verəcəm məktəbləri bir-bir yoxlasın. Mənbəmiz bildirir ki, Vaqif Abdullyev rayon məktəblərində direktorların və təhsil şöbəsi müdirinin birlikdə nə qədər artıq dərs saatları yazmaları ilə bağlı dəqiq məlumata malikdir. Buna görə də, icra başçısı ildə 2 dəfə məktəb direktorlarından 300 manat yığdırır. Başçı bu məbləği 500 manat etmək istəyirmiş. Ancaq Təhsil Şöbəsinin müdiri tofiq Sadıqov deyib ki, direktorlar narazılıq edirlər və bu məsələ böyüyər. Bildirək ki, məktəb diektorlarından pul yığmaq Vaqif Abdullayev üçün artıq adi hala çevrilib.
Gunxeber.com-a daxil olan digər məlumata görə icra başçısı sentyabr ayında ali məktəblərə daxil olan beyləqanlı tələbələrlə görüşü zamanı da direktolrdan pulyığmışdır. Belə ki,icra başçısı hansı məktəbin neçə şagirdi tələbə adını qazanıbsa həmin diektorlardan tələbənin sayı qədər 50 manat yığdırmışdı. Yığılan pulları isə icra başçısı mükafat kimi həmin tələbələrə vermişdi. Beyləqanda hər kəs yaxşı bilir ki, icra başçısı məktəb direktorlarını şəxsən özü qəbul edir və onlara lazım olan göstərişləri verir. İcra başçısının adətən xanım direktorlarla daha yaxşı münasibət qurduğunu deyənmənbəmiz onuda qeyd etdi ki, bəzən xanım direktorlar Vaqif Abdullayevə nahar və şam yeməklərini belə gətirirlər. Qeyd edək ki, icra başçısının hansı məktəb direktorları ilə münasibətinin olmasını mənbəmzi bizə deyib. Lakin etik qaydlara sığınaraq bu məsələləri qabartmaq fikrində deyilik.Bundan başqa onu da qeyd edək ki, Beyləqan icra hakimiyyətində psixoloq yeri artıq neçə aydan çoxdur boşdur.Həmin vakant yerə icra başçısı rayon Mədəniyyət Şöbəsində işləyən bir xanımı gətirtmək istəyirdi. Lakin məsələnin mətbuata çıxması və icra hakimiyyətinin dəhlizlərində bəzi söz-söhbətlərin yayılması Vaqif Abdullayevin planını alt-üst elədi. Mənbəmiz bildirir ki, bir neçə həftə öncə gecə vaxtı icra başçısı idman stilində, başında isə kepka rayon küçələri ilə gedirmiş və o bir evə girmək istərkən polis işçisilərilə qarşılaşıb. Qaranlıqda başçını tanımayan polis işçiləri ondan kim olduğunu soruşublar, Vaqif Abdullayev isə polis işçilrinə bərk qəzəblənməklə onlara kim olduğunu göstərib. Mənbəmiz bildirir ki, şübhəlinin icra başçısı olduğunu görən polis işçiləri üzürxaxlıq edərək ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, bu məsələlərlə bağlı yaxın günlərdə oxuculara daha ətraflı və ilginc məlumatlar verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.