Milli Məclisin bütün mebellərini öz şəxsi pulu ilə alıbmış... - Deputat deyir...
24-10-2015, 12:05
Oxunub: 5 294
Qaxın icra başçısı Musa Şəkəliyev də birbaşa göstəriş verib ki, Azər Kərimovun deputat seçdirilməsi üçün bütün inzibati resurslar işə salınmalıdır
Deputat bəzi yerlərdə deyib ki, guya, o, Milli Məclisin iclas zalının bütün mebellərini öz şəxsi pulu ilə alıb
112 saylı Qax seçki dairəsində vəziyyət getdikcə pisləşir. Paşa İlisuyskinin seçkilərdən namizəd olaraq uzaqlaşdırılması, ardından isə digər namizədlərə qarşı da piar kampaniyasının təşkil olunması birbaşa deputat Azər Kərimovun yenidən seçdirilməsi üçün nəzərdə tutulmuş oyundur.Bolgexeber.com JAM.AZ-a istinadla xəbər verir ki, Azər Kərimov artıq o qədər arxayınlaşıb ki, nə danışdığını belə özü bilmir.
Məlumatlara görə, sözügedən şəxs bir sıra yerlərdə açıq şəkildə etiraf edib ki, onun seçki kampaniyası aparmasına, əhali ilə görüşlərə, hətta seçki vaxtı rayona gəlməsinə qəti ehtiyacı yoxdur. Və bütün bu işləri də məhz gözdən pərdə asmaq üçün edir.
Azər Kərimov hətta işi o yerə çatdırıb ki, olmazın iddialar irəli sürür. Məsələn, deyilənlərə görə, deputatlığa namizəd bir neçə yerdə təkarar edib ki, o mandate alması üçün xərci çoxdan çəkib. Və iddia olaraq bildirib ki, bir müddət əvvəl təmir edilmiş Milli Məclisin iclas zalının bütün mebelini məhz o verdirib.
Qeyd edək ki, Milli Məclisin iclas zalı yüksək səviyyədə təmir olunub. Təmirdən sonar isə deputatların əyləşməsi üçün yeni mebellər quraşdırılıb. Və bu mebellər heç də ucuz qiymətə deyil. Eyni zamanda, zövqlə seçiliblər. Əgər həqiqətən də bu mebelləri deputat Azər Kərimov alıbsa, o zaman sual meydana çıxır ki, dəyəri milyon manatla ölçülən bu qədər yumuşaq mebel dəstlərini o hansı pulla alıb. Hər halda deputat maaşı ilə bu qədər bahalı əşyaları almaq mümkün deyil.
Xatırladaq ki, Qaxın icra başçısı Musa Şəkəliyev də birbaşa göstəriş verib ki, Azər Kərimovun deputat seçdirilməsi üçün bütün inzibati resurslar işə salınmalıdır. Hətta deputatın yerinə rayonda bir çox hallarda yerli icra nümayəndələri, bələdiyyələr təbliğat aparırlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər